BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramına qəbul ELAN EDİR

            İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramına qəbul ELAN EDİR

            28 Mart 2022 10:26

            İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramına qəbul ELAN EDİR

            İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə 2022-ci ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün Yay Təcrübə Proqramı təşkil edir.  

            Təcrübə proqramı Dövlət Vergi Xidmətinin aşağıda adları qeyd olunan strukturları üzrə təşkil olunacaq:
            •    Aparatın struktur bölmələri;
            •    Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi;
            •    Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi;
            •    İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi;
            •    Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi;  
            •    Ərazi vergi orqanları.

            Yay Təcrübə Proqramının müddəti 2 ay olmaqla 1 iyul 2022-ci il tarixdən 2 sentyabr 2022-ci il tarixədək davam edəcək.

            Təcrübə proqramının üstünlükləri:
            •    Tələbələr üçün nəzəri biliklərini praktikada tətbiq etmək və dövlət vergi orqanlarının işi ilə tanış olmaq imkanının yaradılması;
            •    Təlim və seminarlarda iştirak;
            •    Təcrübə keçən tələbələrə sertifikatın verilməsi;
            •    Təcrübə proqramını uğurla tamamladıqda Dövlət Vergi Xidmətində daimi işə qəbul olunma imkanı.

            Proqramda iştirak etmək üçün namizədlərə qoyulan tələblər:  
            •    Azərbaycan Respublikasının vətəndaşı olmalı;  
            •    ADA Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının, Sumqayıt Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Lənkəran Dövlət Universitetinin, Mingəçevir Dövlət Universitetinin və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin tələbəsi olmalı;  
            •    3-cü və ya 4-cü kurs bakalavriat pilləsində, 1-ci və ya 2-ci kurs magistratura pilləsində iqtisadiyyat, hüquq, idarəetmə və ya informasiya texnologiyaları ixtisas istiqamətləri üzrə (ixtisasların siyahısı universitetlərin Karyera Mərkəzlərinə təqdim edilib) təhsil almalı;  
            •    Cari tədris ilinin son semestri üzrə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 85 baldan (4 ballıq sistem üzərindən 3,5-dən) yuxarı olmalıdır.  

            Proqramda iştirak etmək üçün seçim mərhələləri:  
            •    İstək (motivasiya) məktublarının qiymətləndirilməsi;   
            •    Keys əsaslı qrup tapşırıqları üzrə qiymətləndirmənin aparılması;  
            •    2-ci mərhələdən uğurla keçən tələbələrin vergi sahəsi üzrə nəzəri biliklərinin artırılması üçün Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində 10 günlük təlim kursunun keçirilməsi və yekunu üzrə qiymətləndirmənin aparılması;  
            •    Təlim kursunun yekunu üzrə qiymətləndirmədə yüksək nəticə əldə edən tələbələrin Dövlət Vergi Xidmətində təcrübəyə cəlb edilməsi.

            Proqramda iştirak etmək üçün sənəd qəbulu [email protected] elektron poçt ünvanı vasitəsilə 28.03.2022-ci il saat 09:00-dan 30.04.2022-ci il saat 23:59-dək həyata keçiriləcək. Müraciətlər göndərilərkən (mövzu hissəsində “Yay Təcrübə Proqramı” qeyd etməklə) şəxsiyyət vəsiqəsi, tələbə bileti, akademik transkript və istək (motivasiya) məktubu mütləq qaydada fayl şəklində məktuba əlavə olunmalıdır. Namizədin müraciəti [email protected] elektron poçt ünvanına daxil olduqdan sonra 10 iş günü ərzində yoxlanılacaq və müraciətin nəticəsi barədə onun elektron poçt ünvanına məlumat göndəriləcəkdir. Müəyyən edilən sənədlərdən hər hansı birini təqdim etməyən və ya elanda göstərilən tələblərə uyğun olmayan namizədlərin müraciətləri qəbul edilməyəcək. Müraciətlərin göndərilməsi zamanı hər hansı texniki problem yarandıqda namizədlər 012-403-81-35 nömrəli telefonla Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.     

            Müraciətləri qəbul edilmiş namizədlərə ilkin seçim mərhələsində iştirak barədə məlumatlar əvvəlcədən veriləcək.

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025