“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində BDU-da təhsil alan xarici tələbələrlə görüş
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 2025/2026-cı tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində BDU-da təhsil alan tələbələrlə görüşüb.
Rektor xarici tələbələri BDU ailəsinin üzvü olmaqları münasibətilə təbrik edib, onlara təhsil həyatlarında uğurlar arzulayıb. O, Universitetin tədris mühiti, elmi fəaliyyəti, beynəlxalq əlaqələri, tələbə həyatı barədə ətraflı məlumat verib. Rektor vurğulayıb ki, xarici tələbələrin təhsil və sosial məsələləri Universitet rəhbərliyinin daim diqqət mərkəzindədir. Rektor onların gələcək fəaliyyətlərində BDU-da qazandıqları biliklərin mühüm rol oynayacağına əminliyini bildirib.
Rektor xarici tələbələrin təhsil və yaşayış şəraitləri, ölkəmizlə bağlı təəssüratları ilə yaxından maraqlanıb, onların fikir və təkliflərini dinləyib. Tələbələrə tək tədris sahəsində deyil, BDU-nun sosial və ictimai həyatında da aktiv iştirak etməyi tövsiyə edib.