“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) təşkilatçılığı ilə BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün Universitetdə infosessiya təşkil olunub.
Şagirdlər əvvəlcə BDU-nun Heydər Əliyev muzeyi, Faydalı qazıntılar muzeyi, “Tələbə məkanı” ilə tanış olublar.
BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin əməkdaşı İlkin Şərifov şagirdlərə təhsil və karyera planlaşdırılması, ixtisas seçimi və peşə istiqamətinin düzgün müəyyənləşdirilməsinin əhəmiyyəti barədə məlumat verib. O, ixtisas seçərkən şagirdlərin şəxsi maraq və bacarıqlarını, fərdi potensiallarını və əmək bazarının müasir tələblərini nəzərə almalı olduqlarını vurğulayıb. Bildirib ki, peşə seçimi yalnız təhsil istiqamətinin müəyyənləşdirilməsi ilə məhdudlaşmır. Bu proses həm də düzgün məqsədlər qoymağı, imkanları dəyərləndirməyi və gələcək peşəkar inkişafı planlaşdırmağı tələb edir.
Sonda tələbələrin sualları cavablandırılıb.