BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • "Gənc istedadlar" liseyinin məzunu: “Tək məqsədim ölkəmizə kimya sahəsi üzrə Nobel mükafatını gətirməkdir”

            "Gənc istedadlar" liseyinin məzunu: “Tək məqsədim ölkəmizə kimya sahəsi üzrə Nobel mükafatını gətirməkdir”

            6 Oktyabr 2022 15:24

            "Gənc istedadlar" liseyinin məzunu: “Tək məqsədim ölkəmizə kimya sahəsi üzrə Nobel mükafatını gətirməkdir”

            Ölkəmizdə istedadlı şagirdlərin üzə çıxarılması, onların bilik və qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində məktəblilərimiz respublika fənn olimpiadalarında, eləcə də beynəlxalq səviyyəli bilik yarışlarında iştirak edir və uğurları ilə təhsilimizə öz töhfələrini verirlər. İstedad və qabiliyyətləri ilə xarici ölkələrdən olan həmyaşıdlarından geridə qalmayan gənclərimiz üçün bilik yarışları, olimpiadalar həm də  bir növ həyat məktəbidir. Onların uğurlarının təməli məhz bu məktəbdə qoyulur.

            Oxucularımıza təqdim etdiyimiz növbəti gənc çox istedadlıdır. Düşüncə tərzi, məsələlərə aydın, fərqli yanaşması,  xeylı maraqlı fikirləri ilə seçilir. Daha ətraflı özü ilə söhbətdən öyrənəcəyik.
            Beləliklə, müsahibimiz Sinqapur  Milli Universitetinin tələbəsi Nəriman Şirinlidir.

            Tanıtım: 2005-ci il aprelin 3-də Bakı şəhərində anadan olub. İbtidai təhsilini  3 və 51 nömrəli  məktəblərdə alıb. 5-ci sinifdə Bakı Dövlət Universiteti nəzdində “Gənc istedadlar”  liseyinə qəbul olub. 2022-ci ildə bu liseyi bitirib və hazırda Sinqapurun  Milli Universitetində (NUS)  “Kimya mühəndisliyi” və “Kimya elmləri” ixtisasları üzrə təhsil alır.   O, bir sıra beynəlxalq olimpiadalarda ölkəmizi təmsil edərək uğurlar qazanıb. Olimpiada hərəkatına ilk marağı da hələ orta məktəbin aşağı siniflərindən başlayıb...

            - VII  sinifdən 11-ci sinfə qədər kimya fənni üzrə yerli və beynəlxalq olimpiadalarda iştirak eləmişəm.  Kimya fənni üzrə Azərbaycanın qatıldığı 3 beynəlxalq kimya olimpiadasının hər birindən 2 medal olmaqla, toplam 6 medal qazanaraq ölkəmizi uğurla təmsil etmişəm.  2018-ci ildə IV Respublika Fənn müsabiqəsində  gümüş, 2019-cu ildə Respublika fənn olimpiadasında  gümüş,  2020-ci ildə Respublika fənn olimpiadasında  qızıl,  2021-ci ildə  “Sabahın alimləri” Respublika müsabiqəsində qızıl,  2021-ci ildə Respublika fənn olimpiadasında qızıl medallar almış, 2022-ci ildə isə Respublika fənn olimpiadasında  qızıl medalla yanaşı,  “Birincilərin birincisi” nominasiyasının qaliblərindən olmuşam.
            Bundan əlavə, 2020-ci ildə Beynəlxalq Meqapolislər olimpiadasında bürünc,  2021-ci ildə Beynəlxalq Mendeleyev Kimya olimpiadasında bürünc, 2021-ci il Dünya Kimya olimpiadasında bürünc, 2021-ci ildə Beynəlxalq Meqapolislər olimpiadasında gümüş, 2022-ci ildə Beynəlxalq Mendeleyev Kimya olimpiadasında  gümüş  və nəhayət, 2022-ci ildə  Dünya Kimya olimpiadasında gümüş medala layiq görülmüşəm.
            - Ali təhsil üçün Sinqapuru seçmisiniz. Bunu necə izah edərdiniz? Kimlərinsə məsləhəti ilə, yoxsa özünüz belə qərar verdiniz.  Bu ölkədə təhsil sizin üçün nə dərəcədə cəlbedicidir?
            - NUS mənim 9-cu sinifdən ən çox qəbul olmaq istədiyim universitet idi. Belə ki, o  “QS World University Rankings”-ə görə ümumi dünya sıralamasında 11-ci, daha önəmlisi,  seçdiyim ixtisas olan “Kimya mühəndisliyi”  ixtisas hazırlığı üzrə dünya üçüncüsüdür. Bundan əlavə, NUS-un qəbul prosesində dərsdənkənar məşğələlər əvəzinə, olimpiada nəticələrini vacib sayması mənim NUS-ə sənəd vermə səbəblərimdən biri oldu. Çünki bu universitetin qəbul prosesi sırf sizin akademik göstəricilərinizdən asılıdır.
            -  Həyatınızda beynəlxalq olimpiadaların rolunu necə qiymətləndirirsiniz?
            - 7-ci sinifdə ilk dəfə biliyimi sağlam rəqabət mühitində yoxlamaq qərarı verəndə bir gün beynəlxalq olimpiadaya qatılmağı qarşıma məqsəd olaraq qoymuşdum. 10 və 11-ci siniflərdə beynəlxalq olimpiadalardan medal qazanaraq bu məqsədimə nail oldum. Bu olimpiadalardan qazandığım medallar məni seçdiyim ixtisas olan “Kimya mühəndisliyi” üzrə dünya reytinq sıralamasında ilk 3-lükdə yer alan NUS universitetinə qəbul prosesində çox köməkçi oldu. Lakin mənim fənn olimpiadalarına olan sevgim, sadəcə nüfuzlu universitetlərə qəbulu asanlaşdırmaq ilə bağlı deyil. Qeyd etdiyim kimi, bu yola başlayanda 7-ci sinif  şagirdi idim və onda hələ ki, universitet barədə düşünmürdüm. Fənn olimpiadaları şagirdlərə sağlam rəqabət mühitində öz istedadlarını kəşf etmək imkanı yaratmaqdan əlavə, sizinlə eyni fənnə marağı olan şagirdlərlə əlaqələr qurmağa, onlarla çətin məsələlər və ya mövzuları müzakirə etməyə, məktəb proqramında olmayan ali mövzularla bağlı çətinləşdirilmiş məsələlər üzərində düşünməyə imkan yaradır. Bu da öz növbəsində sizin gələcəyin tədqiqatçısı kimi formalaşmağınıza gətirib çıxarır.
            - İxtisasınız barədə nə deyə bilərsiniz? Seçdiyiniz ixtisas ölkəmiz üçün nə dərəcə prioritetdir?
            - Öncədən də qeyd etdiyim kimi, “Kimya mühəndisliyi” (əsas ixtisas) və “Kimya elmləri” (ikinci ixtisas) ikili ixtisasları üzrə təhsil alıram. Ölkəmizin neft sənayesindəki inkişafını və XXI əsrin tələblərini nəzərə alaraq deyə bilərəm ki, “Kimya mühəndisliyi” ixtisası ölkəmiz üçün ən prioritet ixtisaslardandır. Təsadüfi deyil ki, “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”-nda yer alan prioritet ixtisaslardan biri də “Kimya mühəndisliyi”-dir. “Kimya elmləri” sahəsinin vacibliyini isə qısa bir müddətdə dünyada yaranan COVID-19 pandemiyası üçün hazırlanmış vaksinlər sübut edir.
            - Universitetdə dərslər başlayıb. Daha çox hansı formata - məsafədən və ya hibrid modelə üstünlük verilir?
            - Universitetdə dərslər hibrid formada keçirilir. Tələbənin vaxtını nəzərə alaraq bəzi asan dərslərdə professorlar online dərslərə qatılma məcburiyyəti qoymur və universitet dərsləri "record" edərək bizim  şəxsi kabinetimizə yerləşdirir.
            - Olimpiada qalibi kimi  uğurlarınızın sirrini necə izah edərdiniz?
            - Uğurumun sirri məncə, əzmimdir. Olimpiada hərəkatı çox uzun bir prosesdir. Tələbələr demək olar ki, hər ay Təhsil İnstitutu tərəfindən hazırlanmış beynəlxalq olimpiadalara seçimlər və ya dərslərə qatılmaq üçün keçirilən imtahanlarda iştirak edirlər. Bu imtahanların bir neçəsində uğursuz olsanız, bu o demək deyil ki, bu yolu davam edə bilməyəcəksiniz. Hər kəs ən azı bir imtahanda uğursuz olur. Məni rəqiblərimdən fərqləndirən bugünkü uğursuzluğuma sabahkı uğurumun başlanğıcı kimi baxmağımdır.
            -Sizcə, olimpiadalara hazırlıq hansı yaşdan başlanmalıdır? Bu barədə şagirdlərə nə kimi tövsiyələriniz var?
            - Məncə, bu şagirdin qatıldığı fəndən asılı olaraq dəyişir. Riyaziyyat fənni üçün VI, təbiət elmləri üçün VII və humanitar fənlər üçün VIII-IX siniflərdən başlamaq şagird üçün üstünlükdür.  Çünki qeyd etdiyim siniflərdən olan şagird Respublika fənn müsabiqə və olimpiadalarında iştirak edə bilir.
            Gec başlamaq rəqiblərinizin  sizdən "1 il daha çox məsələ işləməsi deməkdir". Şagirdlərə çalışmalarından əlavə tək tövsiyəm əzmli olmalarıdır. Kimya fənnindən olimpiadalara qatılan şagirdlərə isə tövsiyəm ingilis dili bacarıqlarını da inkişaf etdirmələridir. Çünki ölkəmizdə hələ ki, kimya fənnindən olimpiada resursları məhduddur.  Xarici olimpiadaların suallarının işlənilməsi inkişafınız baxımından çox önəmlidir.
            - Gələcək planlarınız barədə nə deyə bilərsiniz?
            - Olimpiadalarda iştirak etməyə başladığm gündən tək məqsədim ölkəmizə kimya sahəsi üzrə Nobel mükafatını gətirməkdir. Gələcəkdə kimya mühəndisliyi, yoxsa kimya sahəsi üzrə davam edəcəyimi zaman göstərəcək, amma hər iki sahədə hələ kəşf edilməyən çox şeyin olduğuna inanıram.

            Azərbaycan müəllimi qəzeti

            Son XƏBƏRLƏR

            06.12.2025 | 19:48

            BDU-nun dosenti Eldar Kərimov vəfat edib

            06.12.2025 | 17:41

            “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsinin ikinci günü başa çatıb

            06.12.2025 | 15:38

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində qrup işləri keçirilib

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025