BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • “Gənc istedadlar”dan “Sabahın alimləri”nə - Alternativ enerji ilə çalışan işıqfor, çirkli havanı təmizləyən cihazlar...

            “Gənc istedadlar”dan “Sabahın alimləri”nə - Alternativ enerji ilə çalışan işıqfor, çirkli havanı təmizləyən cihazlar...

            1 Mart 2023 16:04

            “Gənc istedadlar”dan “Sabahın alimləri”nə - Alternativ enerji ilə çalışan işıqfor, çirkli havanı təmizləyən cihazlar...

            Azərbaycanın istedadlı şagirdlərinin üzə çıxarılmasında “Sabahın alimləri” XII Respublika müsabiqəsinin mühüm rolu var. Müsabiqə yuxarı sinif şagirdlərinin müasir tədqiqat metodlarına yiyələnməsini təmin edir, bu sahədəki fəaliyyətlərini stimullaşdırır, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumtəhsil məktəbləri arasında əlaqələri genişləndirir. Bir sözlə, “Sabahın alimi” adı qazanmaq gələcək uğurlara açar rolunu oynayır. Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri də hər il keçirilən müsabiqənin qalibləri sırasında yer alırlar. Təsadüfi deyil ki, "Sabahın alimləri” XII Respublika müsabiqəsində liseyin 10 şagirdi qalib olub.

            Onları yaxından tanıyaq:

            XI sinif şagirdləri Misir Hüseynli və Ayşan Hacıyeva fizika və astronomiya, Ayaz Ömərli və Ömər İbrahimov kimya istiqaməti üzrə I yerə, X sinif şagirdi Camal Axundov biologiya istiqaməti üzrə II yerə layiq görülüblər. X sinif şagirdləri Cəfər Cəfərov və Aytac Əliyeva biologiya, IX sinif şagirdi Ərhun Abdullazadə isə fizika və astronomiya istiqaməti üzrə III yeri qazanıblar. Eyni zamanda, XI sinif şagirdi Fidan Ruhullayeva və X sinif şagirdi Xuraman Yəhyazadə biologiya istiqaməti üzrə xüsusi mükafata sahib olublar.

            Müsabiqədə I yerin qalibləri Misir Hüseynli, Ayşan Hacıyeva yollarda alternativ enerjini əldə edən və yol nişanlarını, işıqforları bu cihazdan alınan enerji hesabına çalışdıran cihazın maketini hazırlayıblar. Misir və Ayşanın dediyinə görə, hazırda bərpaolunan enerji mənbələrinə böyük ehtiyac var:  “Layihəmiz tükənən enerji mənbələrinə qənaət üçün yeni yollar axtarmaq ideyasından yaranıb. İnanırıq ki, sonrakı nəsillər bizim layihəmizin gətirdiyi enerjidən faydalanacaq və dünyada “enerjinin tükənməsi” fikri tədricən yox olacaq”.

            I yerin digər qalibləri olan Ayaz Ömərli və Ömər İbrahimov isə çirkli havanı virus və bakteriyalardan təmizləyəcək yeni cihaz yaradıblar. Məqsədləri isə bu cihazın real tətbiqinə nail olmaqdır: “Hazırda bir çox xəstəliklərin yaranması çirkli hava ilə əlaqədardır. “Daha təmiz hava, daha sağlam həyat” devizi ilə çıxdığımız yolda məqsədimiz Amerikada keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində də qalib olmaq, patent alaraq cihazımızı tanıtmaqdır”.

            Liseyin X sinif şagirdi Camal Axundov laborator şəraitdə gümüş nanohissəcikləri sintezindən alınan biokompleksin bioloji sistemə təsirini əyani təqdim etməklə müsabiqədə II yeri qazanıb. Onun fikrinə görə, biologiyada hələ də araşdırılmamış məqamlar var. Bunları araşdırmaqla gələcəkdə çözümü tapılmayan bir çox məsələləri həll etmək mümkündür.

            Müsabiqədə III yerin qalibləri - “Gələcəkdə həkim olacağam” deyən Aytac Əliyeva və həmkarı Cəfər Cəfərov isə qida təhlükəsizliyi istiqamətində araşdırma aparıblar. Onlar bildirdilər ki, nanohissəciklərin bitkilərdə yaratdığı təsirlər qidalarda öz əksini tapır və bu, insan mədəsində ziyanlı kimyəvi reaksiyalara, hətta zəhərlənmə hallarına səbəb ola bilər. Məhz bu təqdimatla Aytacla Cəfər müsabiqədə biologiya istiqaməti üzrə III yeri qazanıblar.

            Gənc istedadların ən balacası olan Ərhun Abdullazadə IX sinifdə oxumasına baxmayaraq, müsabiqədə fizika istiqaməti üzrə elektrik enerjisinin alınmasının fərqli yollarını nümunələrlə izah etməsi ilə III yerin sahibi olub. Ərhun gələcəyin fizikidir və bu sevinci indidən paylaşır: “Dünyada mənfi yüklənmiş elektronlar, ionlar, müsbət yüklənmiş proton və kationlar o qədər çox yolla əldə edilə bilər ki... Bunu yalnız araşdırmaq və öyrənməklə, yeniliklərlə tədqiq edə bilərik...”.

            “Kimya elə bir maraqlı dünyadır ki, insan daim onu araşdırmaq, yenilikləri üzə çıxarmaq istəyir”. Bunu isə müsabiqənin xüsusi mükafatçıları - XI sinif şagirdi Fidan Ruhullayeva və X sinif şagirdi Xuraman Yəhyazadə araşdırmaları ilə münsiflər heyətində maraq doğurduqları münasibətilə deyirlər. “Viruslar bitkilərin daxilində proseslərin sürətlənməsinə gətirib çıxara bilərmi?” adlı təqdimat onların müsabiqədə fərqlənmələrinə səbəb olub.

            Gənclərin arzuları böyük, hədəfləri çoxdur. Biri-birindən maraqlı fikirlərə sahib olan bu uşaqlar qalibiyyət sevincini ürəkdolusu qeyd edirdilər. Ancaq ən maraqlı məqam odur ki, onların hamısı bir ağızdan eyni fikri söyləyirdilər: “Azərbaycanı daha yüksək qalibiyyətlərlə tanıtmaq istəyirik”. Müqəddəs missiyadır! Uğur olsun!

            Nurlan Cəbrayılzadə,

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi

            “Gənc istedadlar”dan “Sabahın alimləri”nə - Alternativ enerji ilə çalışan işıqfor, çirkli havanı təmizləyən cihazlar...

            Son XƏBƏRLƏR

            03.09.2026 | 12:37

            BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

            03.09.2026 | 12:02

            Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

            02.09.2026 | 16:21

            BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır

            01.09.2026 | 17:10

            İsrailin Bar-İlan Universitetinin vitse-prezidenti Zeev Zalevskinin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da

            01.09.2026 | 16:56

            BDU tələbələrinin nəzərinə!

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025