BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Fizika fakültəsində metal-yarımkeçirici kontaktların innovativ tətbiq imkanları öyrənilib

            Fizika fakültəsində metal-yarımkeçirici kontaktların innovativ tətbiq imkanları öyrənilib

            18 May 2022 12:48

            Fizika fakültəsində metal-yarımkeçirici kontaktların innovativ tətbiq imkanları öyrənilib

            Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində “Əlavə elektrik sahəli metal- yarımkeçirici kontaktların innovativ tətbiq imkanları” mövzusunda elmi seminar keçirilib.

            Seminarda “Optika və molekulyar fizika” kafedrasının professoru Rasim Məmmədov eyniadlı məruzə ilə çıxış edib. O bildirib ki, diskret yarımkeçirici cihaz və inteqral sxemlərin komponentləri kimi geniş istifadə olunan metal-yarımkeçirici kontaktların (MYK) əsas işçi parametrlərinin (ФВ, n, RC, ...) və xarakteristikalarının (I-V-T, C-V-T,...)  nəzəri və eksperimental nəticələri bir sıra hallarda kəskin fərqlənir. Diod və omik xarakterli MYK-da baş verən elektron proseslər ehtimal olunan real faktorların təsiri nəzərə alınmaqla dünyanın elmi mərkəzlərində geniş tədqiq edilir. Bu faktorlardan biri də real MYK-da BDU alimləri tərəfindən aşkar edilmiş yeni fiziki hadisənin - Əlavə Elektrik Sahəsinin (ƏES) yaranmasıdır. Kontakt səthinin məhdudluğu hesabına yaranan ƏES-in təsiri ilə real MYK-nın işçi parametrləri və elektrik xarakteristikaları ideal MYK-nın müvafiq göstəricilərindən kəskin fərqlənir.

            Məruzəçi real MYK-da metal və yarımkeçiricinin kontakt və sərbəst səthləri arasında potensiallar fərqinin əmələ gəlməsi nəticəsində ƏES-nin yaranmasının fiziki əsasları haqqında məlumatları bölüşüb və müxtəlif konstruktiv quruluşa malik metal-GaAs, metal-Ga2O3, metal-GaN və digər kontaktlarda ƏES-nin yaranmasının Skanedici Zond Mikroskopiya metodları ilə tədqiqinin nəticələrini şərh edib. Qeyd edib ki, real MYK-da ƏES kontakt periferiyası boyunca yarımkeçiricinin kontaktaltı hissəsini əhatə edərək, həcmi yüklərin işlək oblastını iki hissəyə ayırır. Bu səbəbdən bir potensial çəpərli enerji quruluşlu ideal MYK-dan fərqli olaraq,  real MYK iki potensial çəpərli enerji quruluşuna malik olur. İki çəpərli real düzləndirici MYK-da cərəyan axını, ideal Şottki diodlarından fərqli olan səciyyəvi xüsusiyyətlərə malik termoelektron emissiya mexanizmi ilə müəyyən olunur.

            Rasim Məmmədov bildirib ki, real MYK üçün təklif olunan iki potensial çəpərli enerji quruluşu və xarakterik cərəyan axını  mexanizmi Şottki diodlarının və omik kontaktların eksperimental qeyri-ənənəvi xarakteristikalarının düzgün elmi izahını təmin edir, eyni zamanda ƏES-li MYK əsasında innovativ xarakterli həm  foto-, termo-, tenzo-, elektrofiziki çeviricilər, həm də  yeni xassələrə malik yarımkeçirici cihazlar hazırlanmasına geniş imkan yaradır. Bu baxımdan, ƏES-li MYK əsasında yaradılan “Ətraf mühitin istilik enerjisini elektrik enerjisinə çevirən Yeni Növ Alternativ Cərəyan Mənbəyi”, “Metal və yarımkeçirici nanostruktur əsaslı Günəş Elementi” və s. kimi  elektron cihazlar böyük elmi-praktiki əhəmiyyət kəsb edir.

            Fizika fakültəsində metal-yarımkeçirici kontaktların innovativ tətbiq imkanları öyrənilib
            Fizika fakültəsində metal-yarımkeçirici kontaktların innovativ tətbiq imkanları öyrənilib
            Fizika fakültəsində metal-yarımkeçirici kontaktların innovativ tətbiq imkanları öyrənilib

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025