BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Elmi mükəmməllik mərkəzi

            Elmi mükəmməllik mərkəzi

            1 Mart 2023 15:42

            Elmi mükəmməllik mərkəzi

            Bakı Dövlət Universitetində (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi (TİİMM) fəaliyyət göstərir. Burada əsas məqsəd istedad və imkanlarına güvənən innovativ, yaradıcı tədqiqatçıları araşdırmalara cəlb etmək, təhsil-tədqiqat-innovasiya əlaqələrini təmin etməklə əmək bazarının tələblərinə uyğun kreativ düşüncəli mütəxəssislər hazırlamaq və elmi-tədqiqatların nəticələrini kommersiyalaşdırmaqdır. Mərkəzin əsas xüsusiyyətlərindən biri odur ki, onun qapısı təkcə BDU-nun tələbələri və əməkdaşları üçün deyil, həm də ölkənin bütün yüksəkixtisaslı tədqiqatçıları və istedadlı gəncləri üçün açıqdır.
            Burada əsas tədqiqat istiqamətlə­ri neft-qaz və mədən sənayesi, enerji və fizika, astrokosmik və atmosfer tə­dqiqatları və digər sahələr üzrə prob­lemlərin innovativ həlli variantlarının işlənib hazırlanmasıdır. Qeyd edək ki, hazırda sənayedə mövcud olan bir çox elmi problemlər və onlar üçün lazım olan sınaqlar bizim laboratoriyaların imkanlarını aşdığından, inkişaf etmiş ölkələrdə yerləşən laboratoriyalara üz tutmaq məcburiyyəti yaranır. TİİMM kimi elmi mərkəzlər isə artıq Azərbay­canda bu tip sınaqları həyata keçir­məyə imkan verir. TİİMM-in tabeliyində Nanoaraşdırmalar Elmi-Tədqiqat labo­ratoriyası fəaliyyət göstərir.

            Bizi laboratoriyanın müdiri Mus­tafa Muradov qarşıladı. Gəlişimizin səbəbinə biləndə sevindi və vaxt itirmədən rəhbərlik etdiyi labora­toriya ilə bizi tanış etməyə başladı. Bildirdi ki, laboratoriyada dünyada aparılan yeni tədqiqatları bir daha araşdırır, elmi-tədqiqat işlərinin planlaşdırılmasını aparır və ilkin iş­lərə başlayırlar:

            – Kollektivin indiyə qədər topladığı təcrübə və alınan nəticələr bizə na­nomateriallar əsasında fərqli müasir qurğuların yaradılması sahəsində işlər aparmağa imkan verir. Sirr deyil ki, biz indiyədək daha çox materialşünaslıqla məşğul olmuş və ayrı-ayrı materialların fiziki, kimyəvi xüsusiyyətlərini öyrənmi­şik, əsas ağırlıq icmal xarakterli işlərə verilib. İndi isə magistrantların disserta­siya işləri və tələbələrin buraxılış işləri­nin xarakteri dəyişib. Tədris prosesi nə qədər çevik olsa, məzunların bacarıq keyfiyyəti bir o qədər yüksək olar. Təh­sil proqramları və təhsil texnologiyaları sahəsində dəyişikliklər müasir texnoloji proseslərə, sürətlə dəyişən sosial mü­hitə adekvat olmalıdır.

            Laboratoriyada 17 əməkdaş çalışır. Mərkəzdə yeni xassələrə malik aşağı ölçülü (mikro və nanoölçülü) material­llar da alınır və onların əsasında mi­niatür cihazlar hazırlanır. Triboelektrik nanogeneratorlar və onların tətbiqləri, elektrik enerjisinin saxlanması üçün lazım olan materialların sintezi, na­nobiotexnologiya, öz-özünü enerji ilə təmin edə bilən sensor sistemlərinin hazırlanması, müxtəlif elektrik, optik, mexaniki xassələrə malik nanokompo­zit materialların alınması, bərpaolunan enerji mənbələrinin hibrid formada is­tifadəsi və s. üzrə tədqiqatlar aparılır.

            Laboratoriyanın aparıcı elmi iş­çisi, koreyalı Jisok Kim ilə də söh­bətləşdik. Onun dedikləri:

            – Laboratoriyada gördüyümüz əsas iş bərpaolunan enerjinin əldə olunmasıdır. Öz-özünə enerji yaradan sensorlar, insanların hərəkət zamanı boş-boşuna sərf etdikləri biomexaniki enerjiləri yığıb elektrikə çevirmək tət­biq sahələrimizdəndir. Layihələrimiz Türkiyənin TUBİTAK kimi mərkəzlərinə təqdim olunub. İnkişaf etmiş ölkələrdə müvafiq infrastrukturlar onsuz da var. Azərbaycanda isə mənim işləməyim üçün daha geniş imkan mövcuddur. Burada çalışdığım müddət ərzində məqalələrim beynəlxalq elmi jurnallar­da çap olunub.

            Laboratoriyanın əməkdaşı Orxan Güləhmədov da söhbətə qoşulur:

            – Biz biomexaniki enerji istehsalı­nın faydalarını da öyrənirik. Bundan ötrü laboratoriyada xüsusi cihaz yara­dılıb. Hər gün insanların hərəkətindən biomexaniki enerji istehsal olunur. Bu enerjiləri toplamaq üçün ayaqaltına yerləşdirilə bilən sistem yaratmışıq. İnsanlar hərəkət etdikdə həmin sistem enerjini generasiya edir, əldə olunan enerji super tutumlulara yığılır. Gör­mə və eşitmə məhdudiyyətli insanla­rı düşünürək bu layihəni yaratmışıq. Beləcə, əldə olunan enerji vasitəsilə telefonları, digər cihazları da enerji ilə təmin edə bilərik.

            Orxan Güləhmədov dedi ki, dünya­dakı enerji böhranı və qlobal istiləşmə fonunda bir çox ölkələr bərpaolunan enerji mənbələri və onların tətbiqini düşünürlər. Laboratoriya da analoji problemlərin həlli ilə məşğuldur. Əsas istiqamət alternativ enerji mənbələrin­dən istifadədir. Bunu Günəş və külək enejisi, su dalğaları, yaxud da müxtəlif mexaniki hərəkətlər nəticəsində əldə etmək mümkündür. Bu məqsədlə tri­boelektrik nano generatordan istifadə edilir.

            Laboratoriyada elektrodlar da ha­zırlanır. Artıq elektrodlar nano naqillər vasitəsilə əldə edilir. Xüsusilə gümüş nanonaqillər elektrik enerjisinə çox həssasdır. Nanonaqillər insan telindən yüz min dəfə kiçik olduğuna görə gözə görünmür.

            Onu da öyrəndik ki, Nanoaraşdır­malar Elmi-Tədqiqat Laboratoriyası bir sıra beynəlxalq layihələrdə iştirak edərək uğur qazanıb.

            Laboratoriyada olarkən orada təh­sil alan 30-a yaxın magistrlə də tanış olduq. Onlar burada praktik vərdişlərə yiyələnir, əyani şəkildə prosesləri iz­ləyirdilər. Elmi işçi, kimya üzrə fəlsəfə doktoru Aynurə Kərimova maqnitit na­nohissəciklərin sintezi ilə məşğul idi. Bildirdi ki, həmin hissəciklər maqnitit dərman daşıyıcılarında istifadə olunur. Bu sistemdən ən çox xərçəng xəstəliyi ilə mübarizədə istifadə olunması plan­laşdırılır.

            https://xalqqazeti.az/sosial-heyat/elmi-mukemmellik-merkezi

            Elmi mükəmməllik mərkəzi
            Elmi mükəmməllik mərkəzi

            Son XƏBƏRLƏR

            03.09.2026 | 12:37

            BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

            03.09.2026 | 12:02

            Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

            02.09.2026 | 16:21

            BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır

            01.09.2026 | 17:10

            İsrailin Bar-İlan Universitetinin vitse-prezidenti Zeev Zalevskinin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da

            01.09.2026 | 16:56

            BDU tələbələrinin nəzərinə!

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025