BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Əkiz tələbələr: “Atamızın arzusu hər üç qızının BDU məzunu olmasıdır” 

            Əkiz tələbələr: “Atamızın arzusu hər üç qızının BDU məzunu olmasıdır” 

            TƏDRİS 18 Sentyabr 2026 16:12

            Əkiz tələbələr: “Atamızın arzusu hər üç qızının BDU məzunu olmasıdır” 

            Əkiz bacılar Nərmin və Nəzrin Məmmədovalar bu ildən eyni universitetin tələbələridirlər. Tovuz rayonunun İsmayıl Mürsüdov adına Aşağı Quşçu kənd tam orta ümumtəhsil məktəbini bitirən bacılar ali təhsil üçün də eyni ünvanı – Bakı Dövlət Universitetini (BDU) seçiblər. Onların BDU seçiminin isə daha xüsusi bir səbəbi var – atalarının illər əvvəl hər üç qızının məhz bu universitetin məzunu olması ilə bağlı arzusunu gerçəkləşdirmək.
            Nərmin və Nəzrinin böyük bacısı Xəyalə Məmmədova da BDU-nun Hüquq fakültəsinin magistratura pilləsinin məzunudur. Bu il 583 balla BDU-nun Hüquq fakültəsinə qəbul olan Nəzrin və 547 balla Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Dövlət və ictimai münasibətlər” ixtisasını qazanan Nərmin bununla atalarının arzusunun gerçəkləşməsinə bir addım da yaxınlaşıblar. Fərqli ixtisaslar seçsələr də, bacıları BDU-da birləşdirən əsas cəhət uğurlu gələcək qurmaq və seçdikləri sahədə özlərini doğrultmaq istəyidir.
            – BDU-ya yüksək balla qəbul olduğunuzu biləndə hansı hissləri keçirdiniz?
            Nərmin: Yüksək balla yaxşı bir ixtisasa qəbul olmaq məni çox sevindirdi. BDU-da tələbə olmaq mənim üçün həm böyük sevinc, həm də qürurdur.
            Nəzrin: Topladığım 583 bal mənim üçün sadəcə bir rəqəm deyil. Bu, yuxusuz gecələrimin, çəkdiyim əziyyətin və göstərdiyim zəhmətin qarşılığıdır. Ona görə də bu uğur mənim üçün xüsusi məna daşıyır.
            – Seçdiyiniz ixtisaslara marağınız necə yaranıb?
            Nərmin: Uşaqlıqdan siyasətə marağım olub. Dövlətlərarası münasibətlər, ictimai proseslər və bu istiqamətdə baş verən hadisələr həmişə diqqətimi çəkib. Gələcəkdə xarici ölkələrdə ölkəmi təmsil etmək məni çox sevindirər. Düşünürəm ki, “Dövlət və ictimai münasibətlər” ixtisası bu istiqamətdə özümü inkişaf etdirməyim üçün yaxşı imkanlar yaradır.
            Nəzrin: Hər zaman ədaləti və haqqı qorumaq istəyim olub. Amma hüquq sahəsini seçməyimə ən böyük təsir göstərən şəxs böyük bacım olub. Bacım Xəyalə Məmmədova vəkildir və magistr təhsilini də BDU-da alıb. Onu özümə nümunə götürmüşəm. Bacımın peşəsinə olan sevgisi, fəaliyyəti məndə də hüquq sahəsinə maraq yaradıb.
            – Gələcəklə bağlı planlarınız nədir?
            Nərmin: İnşallah, diplomat olmaq istəyirəm. Ölkəmi xaricdə, beynəlxalq platformalarda layiqincə təmsil etmək ən böyük arzularımdandır.
            Nəzrin: Hazırda bu suala dəqiq cavab verə bilmərəm. Amma gələcəkdə vəkil və ya prokuror olmaq istəyirəm. Təhsil müddətində hüququn müxtəlif istiqamətləri ilə daha yaxından tanış olduqca hansı sahənin mənə daha uyğun olduğunu müəyyənləşdirəcəm.
            – Qəbul imtahanlarına hazırlıq prosesi necə keçdi?
            Nərmin: Hazırlıq dövründə valideynlərim səhhətləri ilə bağlı bir müddət yanımızda ola bilmədilər. Təbii ki, bu dövr mənim üçün çox çətin idi. Amma onları sevindirmək və zəhmətlərinin qarşılığını vermək üçün əlimdən gəldiyi qədər çalışmağa davam edirdim. Uğurlarımızda ailəmiz və müəllimlərimizin rolu çox böyükdür. Onların haqqı əsla ödənməz.
            Nəzrin: Açığı, çox yorucu və gərgin proses idi. Hazırlıq demək olar ki, bütün günümü və gecəmi əhatə edirdi. Bəzən günlərlə yatmırdım. Yorğunluğa baxmayaraq, məqsədimə çatmaq üçün çalışmağa davam edirdim. Müəllimlərimə və ailəmə göstərdikləri qayğı və dəstəyə görə minnətdaram.
            – BDU-nu seçməyinizin əsas səbəbi nə oldu?
            Nərmin: BDU ölkəmizin ən nüfuzlu universitetlərindən biridir. Hazırlıq vaxtı tarix mənim ən sevdiyim fənn idi. Bilirdim ki, BDU Azərbaycanın ilk universitetidir. Belə tarixi və nüfuzlu universitetdə təhsil almaq mənim üçün böyük qürurdur. BDU-nu seçməyimizdə atamın arzusu da xüsusi rol oynadı. O, hər üç qızının BDU məzunu olmasını həmişə arzulayıb. Böyük bacımız Xəyalə artıq BDU-nun magistratura pilləsini bitirib. İndi isə Nəzrinlə mənim də burada tələbə olmağımız atamızın arzusunun gerçəkləşməsi deməkdir.
            Nəzrin: Bir vaxtlar dərsliklərdə haqqında oxuduğum universitetdə indi özümün təhsil almağım böyük uğurdur. Bunda atamın arzusu ilə yanaşı, böyük bacım Xəyalənin də təsiri olub. Eyni universitetdə təhsil alaraq onun başladığı yolu davam etdirmək mənim üçün böyük motivasiyadır.
            – Universitet illərindən hansı gözləntiləriniz var?
            Nərmin: Universiteti uğurla bitirməyi hədəfləyirəm. Tələbəlik illərində gözəl dostluqlar qurmaq, əylənmək, yeni şeylər öyrənmək və maraqlı xatirələr toplamaq istəyirəm. Xarici dillər öyrənmək, dünyagörüşümü daha da genişləndirmək, müxtəlif könüllülük layihələrində iştirak etmək, beynəlxalq forumlara qatılmaq və yeni təcrübələr qazanmaq da planlarım arasındadır. Düşünürəm ki, bunlar gələcəkdə mənə çox kömək edəcək.
            Nəzrin: Mən də universitet illərində həm yaxşı təhsil almaq, həm də özümü peşəkar cəhətdən inkişaf etdirmək arzusundayam. Qiyabi təhsil forması seçdiyim üçün təhsilimi davam etdirərkən özümü praktik istiqamətdə də inkişaf etdirəcəyəm. Bacımın da bu sahədə mənə dəstək olacağına inanıram.
            – Sizcə, gənclərin ictimai həyatda fəal olması və müxtəlif layihələrdə iştirak etməsi nə üçün vacibdir?
            Nərmin: Gənclər müxtəlif ictimai fəaliyyətlərdə iştirak etməklə daha çox sosiallaşır, yeni çevrə qazanır və cəmiyyətdə müəyyən yer tuturlar. Belə fəaliyyətlər onları daha təcrübəli və gələcək həyatlarına hazırlıqlı edir.
            Nəzrin: Universitet illəri həm bilik qazanmaq, həm də insanlarla ünsiyyət qurmaq, müxtəlif təcrübələr əldə etmək üçün böyük fürsətdir. Bu baxımdan ictimai fəaliyyətlər gənclərin dünyagörüşünün formalaşmasına kömək edir.
            – Universitetə hazırlaşan abituriyentlərə nə demək istərdiniz?
            Nərmin: Mən sadəcə “çalışın” demək istəməzdim. Elə çalışın ki, sonda ilk növbədə özünüz razı qalasınız. Nəticə açıqlananda özünüzə deyə biləsiniz: “Mən əlimdən gələni etdim və bacardım. Mənim bu nəticədə zəhmətim var”. Amma təbii ki, bununla yanaşı, sosial həyatı da tamamilə kənara atmasınlar. Sadəcə müəyyən qədər azaltsınlar. Çünki məktəb illəri həyatın ən gözəl illəridir.
            Nəzrin: Mən də onlara məqsədlərindən dönməməyi və heç vaxt özlərinə olan inamlarını itirməməyi tövsiyə edərdim. Çünki bu, həqiqətən də əziyyətli və yorucu bir yoldur. Amma unutmasınlar ki, gözlədikləri qəbul mesajı bütün yorğunluğu özü ilə aparır. Geridə isə böyük sevinc və qürur hissi qalır.
            Hazırladı: Nərminə Əsədova
            Əkiz tələbələr: “Atamızın arzusu hər üç qızının BDU məzunu olmasıdır” 
            Əkiz tələbələr: “Atamızın arzusu hər üç qızının BDU məzunu olmasıdır” 
            Əkiz tələbələr: “Atamızın arzusu hər üç qızının BDU məzunu olmasıdır” 
            Əkiz tələbələr: “Atamızın arzusu hər üç qızının BDU məzunu olmasıdır” 
            TƏDRİS SOSİAL

            Son XƏBƏRLƏR

            18.09.2026 | 18:56

            BDU-nun dosenti Səidə Əli qızının 80 illik yubileyi qeyd olunub

            18.09.2026 | 16:50

            BDU-nun iki layihəsi “QS Reimagine Education Awards 2026” yarışmasında təmsil olunmaq hüququ qazanıb

            18.09.2026 | 16:28

            BDU-da tədbir - “Bütöv Azərbaycan: suverenlik və dövlətçilik”

            18.09.2026 | 15:20

            BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib

            18.09.2026 | 15:19

            BDU tələbəsi “4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində “Özünüinkişaf çempionu” nominasiyası üzrə təltif olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025