BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Dövlət Proqramı ilə xaricdə doktorantura təhsili alan BDU məzunu Universitetdə işlə təmin olunub

            Dövlət Proqramı ilə xaricdə doktorantura təhsili alan BDU məzunu Universitetdə işlə təmin olunub

            SOSİAL 1 Sentyabr 2025 15:11

            Dövlət Proqramı ilə xaricdə doktorantura təhsili alan BDU məzunu Universitetdə işlə təmin olunub

            Bakı Dövlət Universitetinin (BDU) Dövlət Proqramı ilə xaricdə doktorantura təhsili alan məzunu Asif Mustafayev Universitetdə işlə təmin olunub.

            Asif Mustafayev 2005-ci ildə BDU-nun Hüquq fakültəsinin bakalavriat səviyyəsini bitirib. O, 2006-cı ildə hərbi xidməti başa vurduqdan sonra Ədliyyə Nazirliyində qulluğa qəbul olunub və 2013-cü ilə qədər nazirliyin yerli qurumlarında müxtəlif vəzifələrdə çalışıb, II dərəcəli ədliyyə qulluqçusu rütbəsi alıb. Asif Mustafayev 2014-2017-cü illərdə Almaniyanın Köln Universitetinin Hüquq fakültəsində “Dövlət, Avropa və beynəlxalq hüquq” ixtisası üzrə magistratura təhsili alıb və oranı fərqlənmə diplomu ilə bitirib.

            2018-ci ildə Vəkillər Kollegiyasının üzvü seçilən Asif Mustafayev 2019-cu ildə saathesabı qaydada BDU-nun Hüquq fakültəsinin magistratura səviyyəsinin alman dili bölməsinin tələbələrinə “Avropa ətraf mühit hüququ” və “Avropa xüsusi hüququ” fənlərini tədris edib. Asif Mustafayev 2019-cu ildə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Köln Universitetinin doktoranturasına qəbul olunub və 2023-cü ildə “Almaniya və Azərbaycanda kibercinayətkarlıq sahəsində qanunvericiliyin regional və beynəlxalq normativ tələblərin nəzərində müqayisəli təhlili” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə  müdafiə edib. 2024-cü ildə Köln Universitetinin Hüquq fakültəsi tərəfindən ona hüquq doktoru elmi dərəcəsi verilib.

            Asif Mustafayev 2020-ci ildən etibarən Ədliyyə Akademiyası, Baş Prokurorluğun Təlim-Tədris Mərkəzi, Vəkillər Kollegiyasının Akademiyası, Mərkəzi Bank və digər qurumlarda “Kibercinayətkarlıq”, “Uşaqların onlayn cinsi istismarı”, “Süni intellekt, hüquq və etika”, “Rəqəmsallaşma və cinayət prosesi” kimi mövzularda mühazirələr oxuyub, təlimlər keçib. O, Vəkillər Kollegiyası nəzdində yaradılmış Kibercinayətkarlıq Komitəsinin sədri, Avropa Vəkillər Kollegiyasının “Elm və Avropa hüququ” Komitəsinin, Almaniyada müxtəlif təhsil qurumlarının təmsil olunduğu Süni İntellekt İşçi Qrupunun üzvüdür. Asif Mustafayev 2016-2019-cu illərdə Almaniya Federal Miqrasiya İdarəsində tərcüməçi-mütəxəssis, 2022-2025-ci illərdə  isə bu ölkənin Bremen şəhərində özəl təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul olub.

            Elmi-pedaqoji fəaliyyəti və təşkilati işlər üzrə bacarıqları nəzərə alınaraq, Asif Mustafayev Hüquq fakültəsinin nəzdində Hüquq klinikasının rəhbəri təyin olunub.

            SOSİAL

            Son XƏBƏRLƏR

            05.02.2026 | 14:26

            BDU-da dünya şöhrətli alim Lütfi Zadənin 105 illik yubileyi qeyd olunub

            05.02.2026 | 11:06

            BDU-da Çin Yaz Festivalı keçirilib

            05.02.2026 | 09:47

            BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025