BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Bu gün Beynəlxalq Müəllimlər Günüdür

            Bu gün Beynəlxalq Müəllimlər Günüdür

            5 Oktyabr 2021 15:02

            Bu gün Beynəlxalq Müəllimlər Günüdür

            5 Oktyabr -  Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən dünyanın bir çox ölkələrində qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul olunub. Bundan sonra Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramı kimi qeyd olunmağa başlayıb. Bu əlamətdar günün beynəlxalq səviyyədə qeyd edilməsinin məqsədi cəmiyyətin inkişafında müəllimin rolunu vurğulamaq, dünyanın hər yerində təhsil sahəsində heç kimin unudulmaması, insanların təhsildən geri qalmaması üçün səy göstərən müəllimlərin əməyinə diqqəti yönəltməkdir.

            Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ulu Öndər Heydər Əliyevin, bütün sahələr kimi, təhsilin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycanda elm və təhsil yüksək irəliləyiş və uğur əldə etmişdir. Müəllim peşəsinə hörmət və diqqəti hər zaman diqqətdə saxlayan Ümummilli Lider “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Müəllimlik sənəti şərəfli bir sənətdir.” kəlamı ilə müəllim peşəsinin müqəddəsliyini vurğulamış, öz çıxışlarında  dönə-dönə gənc nəslin sağlam, savadlı, vətənpərvər ruhda təlim-tərbiyəsi üçün öz ömürlərini şam kimi əridən müəllimlərə öz ehtiramını bildirmişdir.

            Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ölkəmizdə təhsilin inkişafına, milli kadr hazırlığının təkmilləşdirilməsi işinə mühüm töhfələr verir. Təhsil işçiləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur.

            Ölkəmizdə təhsil sahəsinin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri vardır. Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkəmizdə yüzlərlə yeni, müasir məktəb binaları tikilmiş, yüzlərlə məktəb binası əsaslı təmir edilmişdir. Bu gün ölkəmizin təhsil ictimaiyyəti – müəllimlər, tələbələr, şagirdlər haqlı olaraq hörmətli Mehriban xanım Əliyevanı təhsilimizin himayədarı kimi qəbul edir, ona sonsuz rəgbət bəsləyirlər.

            Bu gün Vətən uğrunda döyüşən əsgərlərimizin vətənpərvər ruhda yetişməsində, onlara milli ruhun aşılanmasında müəllimlərin rolu danılmazdır. Vətən üçün layiqli vətəndaş, əsgər, qürurla və əzmlə torpaqlarını düşmən işğalından azad etmək məqsədilə canından keçməyə hazır olan qəhrəmanlar yetişdirən müəllimlərin əməyi və rolu inkaredilməz bir faktdır. Yorulmaz və cəsur əsgərlərimizin yetişdirilməsində aparılan təlim-tərbiyə prosesinin nəticəsi kimi yetişən vətənpərvər gənclik Qarabağ uğrunda gedən haqq savaşımızda, düşmən tapdağında olan ərazilərimizin azad edilməsindən şücaətlə mübarizə apardılar, müqəddəs şəhidlik zirvəsinə ucaldılar, müstəqil Azərbaycanın qəhrəmanlıq tarixini yenidən yazdılar. Bu gün əzəli torpaqlarımızın rəşadətlə keşiyini çəkirlər.

            Əziz müəllimlər, müqəddəs peşənizi şərəflə və məsuliyyətlə yerinə yetirməkdə sizə uğurlar diləyir, daim inkişaf edən təhsil sistemimizə töhfələrinizin bol olmağını və yetişdirdirdiyiniz şagird və tələbələrlə hər zaman fəxr və qürur hissi keçirməyinizi arzu edirik!

            Bayramınız mübarək!

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025