BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU və Qazaxıstan universitetləri arasında əlaqələr daha da genişlənir

            BDU və Qazaxıstan universitetləri arasında əlaqələr daha da genişlənir

            4 İyul 2022 11:37

            BDU və Qazaxıstan universitetləri arasında əlaqələr daha da genişlənir

            Bakı Dövlət Universitetində (BDU) tədrisin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması, Universitetin beynəlxalq rəqabətliliyinin artırılması və ölkəmizdə yeni nəsil yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məsələsinə xüsusi diqqət yetirilir. Beynəlxalq təcrübədən, qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından faydalanmaq məqsədi ilə dünyanın bir sıra qabaqcıl universitetləri ilə beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi istiqamətində davamlı işlər görülür. 
            Hazırda BDU-da 7 ikili diplom layihəsi proqramı fəaliyyət göstərir. Onlardan 2-si Qazaxıstanın tanınmış universitetləri ilə reallaşdırılıb. Belə ki, BDU və Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti arasında “Dəniz və enerji hüququ” adlı magistratura proqramının təşkili ilə bağlı imzalanmış müqaviləyə əsasən, 2020-ci ildən ingilis dilində birgə magistr hazırlığı həyata keçirilir.  Bu proqram digər xarici ali təhsil müəssisələrinin də diqqətini çəkib.
            BDU və K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti (QMTTU) arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən isə, BDU-nun Kimya fakültəsi və QMTTU-nun Kimya və Biotexnologiyalar İnstitutunun magistratura proqramının bazasında “Neft kimyası” ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı həyata keçirilir. Bu proqram çərçivəsində neft kimyası və kimya mühəndisliyi elmləri üzrə yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi nəzərdə tutulur.
            Hazırda Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universiteti və Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti ilə ikili diplom layihələrinin reallaşdırılması son mərhələdədir.
            2021-2022-ci tədris ilində BDU-da  ümumilikdə 7 nəfər Qazaxıstan vətəndaşı  təhsil alır. Onlardan biri Təhsil qrantı proqramı üzrə Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsidir. BDU ilə Yessenov Dövlət Universiteti arasında imzalanmış memoranduma əsasən, 2021-2022-ci tədris ilinin yaz semestrində 4 tələbə Tətbiqi riyaziyyat və kibernetika və Hüquq fakültələrində mübadilə yolu ilə  təhsillərini davam etdiriblər. BDU ilə Abay adına Qazax Milli Pedaqoji Universiteti arasında imzalanmış memoranduma əsasən, bir nəfər doktorant 2021-2022-ci tədris ilinin yaz  semestrində Sosial elmlər və psixologiya fakültəsində, Əl-Fərabi Qazax Milli Universiteti ilə imzalanmış memoranduma əsasən isə 2 nəfər magistrant Biologiya fakültəsində təcrübə keçib.

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025