BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU və DOST Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

            BDU və DOST Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

            1 Aprel 2022 13:54

            BDU və DOST Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

            Bu gün  Bakı Dövlət Universiteti (BDU) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

            Sənədi BDU-nun rektoru Elçin Babayev və DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov imzalayıblar.

            BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Memorandum qarşılıqlı əməkdaşlığın geniş spektlərini əhatə edəcək. DOST Agentliyinin 3 ildir yaranmasına baxmayaraq, artıq brendə çevrildiyini qeyd edən rektor vurğulayıb ki, son illər ölkədə sosial rifah halının yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması və bürokratik əngəllərin aradan qaldırılması üçün mühüm addımlar atılır. Azərbaycanın həyata keçirdiyi sosial yönümlü layihələr təkcə rəğbət doğurmur, həm də bu təcrübə xarici ölkələr tərəfindən öyrənilir. DOST Agentliyi də belə müsbət təcrübələrdəndir.

            Rektor bildirib ki, yüksək potensiala malik BDU ölkənin ən böyük və qədim universitetidir. Universitetin fakültələri DOST Agentliyi ilə imzalanmış memorandum çərçivəsində həyata keçiriləcək layihələrin icrasına cəlb olunacaq: “DOST Agentliyinin imkanlarından tədris prosesində də istifadə olunacaq. BDU-nun Hüquq Klinikası və Sosial iş kafedrası DOST Agentliyinin həyata keçirdiyi işlərə yaxından yardım edə bilər. Bu sahə üzrə birgə elmi tədqiqatlar apara, sosial və psixoloji problemləri öyrənə, yay məktəbləri təşkil edə bilərik”.

            DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov isə qeyd edib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi sosial təminat və məşğulluq sahəsində vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu sahədə tərəfdaş qurum kimi BDU-nun potensialına böyük ümid etdiyini bildirən Fərid Məmmədov bildirib ki, Agentliyin işçi heyətinin 21 faizi BDU məzunlarından ibarətdir: “BDU ilə qısa müddətdə müxtəlif sahələri əhatə edən əməkdaşlıq quracağıq. İmzalanan Memorandum hər iki qurum üçün müsbət nəticələr gətirəcək”.

            Qeyd edək ki, Memoranduma əsasən, tərəflər qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkili, tələbələrin dövlət xidmətləri sahəsində bilik və bacarıqlarının formalaşdırılması istiqamətlərində əməkdaşlıq edəcəklər. Memorandum innovativ təşəbbüslərin həyata keçirilməsini, araşdırma, statistika və təhlillərin aparılmasını, digər bu kimi məsələlər üzrə birgə fəaliyyətin təşkilini də əhatə edir.

            Birgə əməkdaşlıq platformasının hazırlanması, dövlət xidmətləri sahəsində innovativ və yüksək texnologiyalara əsaslanan həll yollarının tapılması ilə bağlı maddələr də Memorandumda əksini tapıb.

            Memorandum çərçivəsində BDU-nun bakalavr və magistrlərinin müxtəlif könüllü və təcrübə proqramlarında iştirakı təmin ediləcək. Bununla yanaşı, Agentliyin müvafiq əməkdaşları da Universitetin tədris-innovasiya infrastrukturundan yararlanacaq, DOST könüllüləri isə BDU-nun gənclər üçün təlim proqramlarında iştirak edəcəklər.

            BDU və DOST Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
            BDU və DOST Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
            BDU və DOST Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
            BDU və DOST Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025