BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

            BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

            TƏDRİS 24 İyun 2026 07:49

            BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

            Bakı Dövlət Universiteti (BDU) nüfuzlu “Times Higher Education (THE)” təşkilatının açıqladığı “THE Sustainability Impact Ratings 2026” (THE Dayanıqlı İnkişafa Təsir Reytinqləri 2026) reytinqində mühüm uğur qazanıb. Universitet ilk dəfə olaraq bu reytinqdə 101–200 diapazonunda qərarlaşaraq dünyanın TOP 200 ali təhsil müəssisəsi sırasında yer alıb. BDU ötən il qərarlaşdığı 401–600 diapazonundan yüksələrək dayanıqlı inkişaf sahəsində beynəlxalq fəaliyyət göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

            2026-cı il reytinqində 1600-dən çox ali təhsil müəssisəsi qiymətləndirilib. BDU 16 Sustainable Development Goals (SDGs) (Dayanıqlı İnkişaf Məqsədləri - DİM) üzrə qiymətləndirmədə iştirak edib və bir sıra istiqamətlər üzrə dünyanın aparıcı universitetləri sırasında qərarlaşıb. Universitet 5 Dayanıqlı İnkişaf Məqsədi üzrə qlobal TOP 100-ə daxil olub. Belə ki, BDU DİM 1 – "Yoxsulluğa son" üzrə 23-cü, DİM 4 – "Keyfiyyətli təhsil" üzrə 63-cü, DİM 5 – "Gender bərabərliyi" üzrə 3-cü, DİM 10 – "Bərabərsizliyin azaldılması" üzrə 40-cı, DİM 16 – "Sülh, ədalət və güclü institutlar" üzrə isə 92-ci yerdə qərarlaşıb.

            “THE Sustainability Impact Ratings” universitetlərin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfəni qiymətləndirən ən nüfuzlu beynəlxalq reytinqlərdən biridir. Reytinq ali təhsil müəssisələrinin təhsil və elmi-tədqiqat fəaliyyəti, idarəetmə sistemi, sosial məsuliyyət təşəbbüsləri, cəmiyyətə təsiri və ətraf mühitin qorunmasına yönəlmiş fəaliyyətləri əsasında formalaşdırılır və universitetlərin dayanıqlı inkişaf gündəliyinə verdiyi real töhfəni əks etdirir.

            Əldə olunan nəticə BDU-nun beynəlxalq ali təhsil məkanında mövqeyinin ardıcıl şəkildə möhkəmləndiyini bir daha təsdiqləyir. Reytinqdəki yüksəliş universitetdə sosial məsuliyyət, inklüzivlik, bərabər imkanların təmin edilməsi, keyfiyyətli təhsil və dayanıqlı inkişaf prinsiplərinin institusional səviyyədə sistemli şəkildə həyata keçirilməsinin nəticəsidir. Eyni zamanda, bu nəticə BDU-nun beynəlxalq akademik nüfuzunu, qlobal tərəfdaşlıqlar üçün cəlbediciliyini və strateji əməkdaşlıq potensialını daha da gücləndirir.

            BDU rəhbərliyi bu mühüm nailiyyət münasibətilə universitetin professor-müəllim heyətini, əməkdaşlarını, tələbələrini və tərəfdaşlarını, eləcə də “THE Sustainability Impact Ratings 2026” reytinqində təmsil olunan digər Azərbaycan ali təhsil müəssisələrinin kollektivlərini təbrik edir.

            TƏDRİS ELM BEYNƏLMİLƏLLƏŞMƏ SOSİAL

            Son XƏBƏRLƏR

            24.06.2026 | 10:03

            Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür

            23.06.2026 | 16:42

            BDU-da bitki mənşəli nanohissəciklərin canlı sistemlərə təsiri müzakirə olunub

            23.06.2026 | 16:35

            BDU ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

            23.06.2026 | 16:11

            BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib

            23.06.2026 | 14:37

            BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025