BDU tələbələri “bp Azərbaycan”ın fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb
SOSİAL
27 May 2025 17:40

Bakı Dövlət Universitetində (BDU) Karyera Festivalı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi, bp şirkəti, BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi, Karyera və məzunlarla iş Mərkəzi və "BDU könüllüləri" təşkilatının birgə təşkilatçılığı ilə infosessiya keçirilib.
İnfosessiyada şirkətin əməkdaşları bp-nin fəaliyyət istiqamətləri, layihələri və gənclər üçün təklif olunan inkişaf imkanları barədə ətraflı təqdimat ediblər. Daha sonra şirkətin insan resursları və karyera imkanları haqda məlumat verilib.
Şirkətin geoloqu Aytən Vəliyeva geologiya elminin insan həyatındakı roluna və xüsusilə təbii sərvətlərin araşdırılması, qorunması sahəsindəki əhəmiyyətinə toxunub. O, çıxışında geoloq peşəsinin perspektivləri, bu sahədə qarşılaşılan əsas çağırışlar və müasir texnologiyaların geologiyada tətbiqi barədə tələbələri məlumatlandırıb.
Şirkətin geoloqu Vüqar İsmayılov geologiyanın inkişaf dinamikası, elmi tədqiqatların geologiyada oynadığı mühüm rol və gənc mütəxəssislərin bu prosesdəki əhəmiyyəti haqqında danışıb. O, innovativ yanaşmaların və müasir elmi metodların tətbiqinin geoloji araşdırmalara gətirdiyi töhfələrdən bəhs edərək, tələbələri bu sahədə daha fəal olmağa çağırıb.
Son XƏBƏRLƏR
28.07.2026 | 16:48
BDU-da keçirilən “Açıq qapı” günündə 400-ə yaxın abituriyent iştirak edib
28.07.2026 | 16:42
BDU rektoru abituriyentlərlə görüşüb
28.07.2026 | 16:39
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib
28.07.2026 | 15:51
BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək
27.07.2026 | 14:14