BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU tələbələri AMEA MEK-in “Qarabağ Qəhrəmanları Fondu”nu ziyarət ediblər

            BDU tələbələri AMEA MEK-in “Qarabağ Qəhrəmanları Fondu”nu ziyarət ediblər

            28 Aprel 2023 15:44

            BDU tələbələri AMEA MEK-in “Qarabağ Qəhrəmanları Fondu”nu ziyarət ediblər

            Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin bir qrup tələbəsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Qarabağ Qəhrəmanları Fondu”nu ziyarət ediblər.

            AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev əvvəlcə kitabxananın tarixi, strukturu, fəaliyyəti barədə tələbələrə məlumat verib. O vurğulayıb ki, kitabxananın yeni binası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 29 aprel tarixli Sərəncamına əsasən tikilib.

            Kitabxanada 2021-ci ildən fəaliyyət göstərən “Qarabağ Qəhrəmanları Fondu” barədə məlumat verən Məmməd Əliyev bildirib ki, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərdən sonra yaradılmış fond Azərbaycan kitabxana sistemində bir ilk hesab olunur. Vətən müharibəsi qəhrəmanlarının irsinin təbliğində və eyni zamanda əbədiləşdirilməsində fondun mühüm əhəmiyyətə malik olduğunu deyən Məmməd Əliyev qeyd edib ki, fondda Birinci Qarabağ müharibəsinin və 44 günlük Vətən müharibəsinin şəhidləri, qaziləri, iştirakçıları haqqında məlumat bazası yaradılıb, baza davamlı olaraq yenilənir və təkmilləşdirilir: “Fondda olan nəşrlər həmçinin elektron kataloqa daxil edilərək, rəqəmsallaşdırılıb. Elektron bazada Azərbaycan və xarici dillərdə informasiya resursları, biblioqrafik məlumatlar, bu istiqamətdə aparılan tədqiqatlar yer alıb. Əminəm ki, bu mövzu ilə bağlı gələcəkdə dərc ediləcək məqalələr, elmi nəşrlər, müdafiə olunacaq dissertasiyalarla fond daha da zənginləşəcək”.

            Ziyarət zamanı tələbələr fondda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağda müxtəlif dövrlərdə çəkilmiş şəkilləri, “Qarabağ Azərbaycandır!” guşəsində müharibə iştirakçılarının fotoları, şəhidlərimizin şəxsi kitabxanalarından ailələri tərəfindən fonda hədiyyə olunmuş kitablardan ibarət kolleksiya,  Azərbaycan Respublikasının xəritəsi üzərində şəhid adlarının əks olunduğu “Zəfər memarları” guşəsi, digər maraqlı məlumat və eksponatlarla tanış olublar.

            BDU tələbələri AMEA MEK-in “Qarabağ Qəhrəmanları Fondu”nu ziyarət ediblər
            BDU tələbələri AMEA MEK-in “Qarabağ Qəhrəmanları Fondu”nu ziyarət ediblər
            BDU tələbələri AMEA MEK-in “Qarabağ Qəhrəmanları Fondu”nu ziyarət ediblər

            Son XƏBƏRLƏR

            04.09.2026 | 15:51

            BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

            04.09.2026 | 13:29

            BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

            04.09.2026 | 13:27

            BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

            03.09.2026 | 12:37

            BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

            03.09.2026 | 12:02

            Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025