BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU rektorunun müşaviri “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib

            BDU rektorunun müşaviri “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib

            BEYNƏLMİLƏLLƏŞMƏ 23 Sentyabr 2026 22:01

            BDU rektorunun müşaviri “UI GreenMetric Sustainable University Rankings 2026”  konfransının panel müzakirəsində iştirak edib

            Bakı Dövlət Universitetinin (BDU) rektorunun müşaviri Asiman İlyasov “UI GreenMetric Sustainable University Rankings 2026” konfransı çərçivəsində keçirilən panel müzakirəsində moderator qismində iştirak edib. “Davamlı təsirin gücləndirilməsi: su ehtiyatlarının səmərəli idarə olunması, yaşıl mobillik və dayanıqlılıq təhsili” (“Driving Sustainable Impact: Water Stewardship, Green Mobility, and Sustainability Education”) mövzusuna həsr olunan paneldə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən “Keyfiyyətli təhsil” (DİM 4), “Təmiz su və sanitariya” (DİM 6), “Davamlı şəhərlər və icmalar” (DİM 11)  və “İqlim fəaliyyəti” (DİM 13) üzrə aktual məsələlər müzakirə olunub.

            Paneldə Azərbaycanın və bir sıra ölkələrin ali təhsil və müvafiq sahələr üzrə tanınmış nümayəndələri iştirak ediblər. Müzakirələr zamanı su ehtiyatlarının səmərəli və dayanıqlı idarə olunması, yaşıl mobilliyin inkişafı, iqlim dəyişikliklərinə uyğunlaşma, dayanıqlı şəhər mühitinin formalaşdırılması və ali təhsil müəssisələrində dayanıqlılıq üzrə təhsilin təşviqi məsələləri diqqət mərkəzində olub.

            Panelin moderatoru Asiman İlyasov çıxışında Dayanıqlı İnkişaf Məqsədlərinin ali təhsil müəssisələrinin institusional inkişafı, idarəetmə və strateji planlaşdırma proseslərinə inteqrasiyasının əhəmiyyətini vurğulayıb. Müzakirə çərçivəsində universitetlərin yalnız bilik və tədqiqat mərkəzləri deyil, həm də ekoloji dayanıqlılığın, yaşıl innovasiyaların və cəmiyyətin dayanıqlı inkişafının təşviqində fəal institutlar kimi roluna diqqət çəkilib.

            Qeyd edək ki, “UI GreenMetric Sustainable University Rankings” ali təhsil müəssisələrinin dayanıqlılıq və ekoloji məsuliyyət üzrə fəaliyyətlərini müxtəlif göstəricilər əsasında qiymətləndirən beynəlxalq təşəbbüslərdən biridir. 2025-ci ilin nəticələrinə əsasən, ölkə üzrə lider mövqedə qərarlaşan BDU son illərdə yaşıl kampusun inkişafı, enerji səmərəliliyinin artırılması, su ehtiyatlarının səmərəli idarə olunması, dayanıqlı nəqliyyatın təşviqi, biomüxtəlifliyin qorunması və Dayanıqlı İnkişaf Məqsədlərinin universitet fəaliyyətinə inteqrasiyası istiqamətlərində həyata keçirdiyi layihələrlə bu sahədə fəaliyyətini davamlı şəkildə genişləndirir.

            BDU rektorunun müşaviri “UI GreenMetric Sustainable University Rankings 2026”  konfransının panel müzakirəsində iştirak edib
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            23.09.2026 | 15:54

            Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

            23.09.2026 | 15:48

            BDU-da tələbələrin distant dərslərdə davamiyyəti yüksək səviyyədədir

            23.09.2026 | 15:45

            “BDU könüllüləri” təşkilatı yeni könüllülərin qəbulunu elan edir

            23.09.2026 | 14:30

            BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib

            23.09.2026 | 09:41

            BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025