BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU “QS Dünya Universitetlərinin Dayanıqlılıq Reytinqi 2027” siyahısında yer alıb

            BDU “QS Dünya Universitetlərinin Dayanıqlılıq Reytinqi 2027” siyahısında yer alıb

            İNNOVASİYA 17 Noyabr 2026 14:47

            BDU “QS Dünya Universitetlərinin Dayanıqlılıq Reytinqi 2027” siyahısında yer alıb

            Bakı Dövlət Universiteti (BDU) dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” (QS) tərəfindən dərc edilən “QS Dünya Universitetlərinin Dayanıqlılıq Reytinqi 2027” (“QS World University Rankings: Sustainability 2027”) siyahısında 107 ölkə və 2000-dən çox ali təhsil müəssisəsi arasında 1151–1200-cü intervalda qərarlaşıb.

            Builki nəticələrə əsasən, BDU Asiya universitetləri arasında 423-cü, Qərbi Asiya regionunda isə 97-ci yerdə qərarlaşıb. Universitetin ümumi göstəricisi 100 mümkün baldan 52,4 təşkil edib. Bu nəticə BDU-nun dayanıqlı inkişaf sahəsindəki fəaliyyətinin müsbət dinamikasını əks etdirir. Belə ki, Universitetin ümumi balı 2024-cü ildəki 33,7-dən 2025-ci ildə 45,4-ə, 2026-cı ildə 51,6-ya, 2027-ci ildə isə 52,4-ə yüksəlib.

            Reytinqin ayrı-ayrı istiqamətləri üzrə BDU xüsusilə ekoloji dayanıqlılıq sahəsində yüksək nəticə nümayiş etdirib. Universitet bu istiqamət üzrə Azərbaycan universitetləri arasında 1-ci, Qərbi Asiya regionunda 4-cü, dünya üzrə isə 152-ci yerdə qərarlaşıb. BDU-nun ekoloji dayanıqlılıq göstəricisi 100 mümkün baldan 76,4 təşkil edib.

            Digər istiqamətlər üzrə də Universitetin nəticələri diqqətəlayiqdir. Belə ki, BDU “Ümumi idarəetmə” (“Good Governance”) istiqaməti üzrə 79,3 bal toplayaraq, dünya universitetləri arasında 725-ci, “Ekoloji təhsil” (“Environmental Education”) istiqaməti üzrə isə 69,5 balla 498-ci yerdə qərarlaşıb.

            “QS Dünya Universitetlərinin Dayanıqlılıq Reytinqi 2027”  universitetlərin ətraf mühitin qorunmasına, cəmiyyətin inkişafına və dayanıqlı idarəetməyə verdiyi töhfələri qiymətləndirir. Reytinq çərçivəsində universitetlərin fəaliyyəti üç əsas istiqamət – “Ekoloji təsir” (“Environmental Impact”), “Sosial təsir” (“Social Impact”) və “İdarəetmə” (“Governance”) üzrə qiymətləndirilir. Bu istiqamətlər üzrə qiymətləndirmə ekoloji təhsil, ekoloji tədqiqatlar, ekoloji dayanıqlılıq, məşğulluq və imkanlar, bərabərlik, sağlamlıq və rifah, təhsilin təsiri, bilik mübadiləsi və effektiv idarəetmə olmaqla, ümumilikdə doqquz əsas göstəricini əhatə edir.

            BDU-nun reytinqdəki mövqeyi Universitetdə dayanıqlı inkişaf prinsiplərinin tədris, elmi tədqiqat, institusional idarəetmə və sosial məsuliyyət sahələrində tətbiqi və təşviqi istiqamətində həyata keçirilən fəaliyyətin beynəlxalq qiymətləndirmədə əksini tapdığını göstərir.

            İNNOVASİYA

            Son XƏBƏRLƏR

            17.11.2026 | 17:30

            BDU-da təlim: “Rəqəmsal marketinq”

            17.11.2026 | 16:46

            BDU-nun Biologiya fakültəsinin rəhbərliyi “SABAH.city”də təhsil alan tələbələrlə görüşüb

            17.11.2026 | 12:22

            BDU-da “Fiziki sistemlərin modelləşdirilməsində süni intellektin rolu” mövzusunda təlim

            17.11.2026 | 11:23

            Bu gün Beynəlxalq Tələbələr Günüdür

            16.11.2026 | 00:00

            17 Noyabr - Milli Dirçəliş Günüdür

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025