BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində iki külək turbini hazırlanır

            BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində iki külək turbini hazırlanır

            3 Avqust 2022 14:56

            BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində iki külək turbini hazırlanır

            Bakı Dövlət Universitetində yeni yaradılan Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində (TETYM) tələbələr və gənc mütəxəssislər tərəfindən vertikal və horizontal tipli iki müxtəlif külək turbininin hazırlanmasına başlanılıb. Ümumi gücü 1200 Watt olacaq HAWTs və VAWTs tipli bu turbinlərin bütün hissələri tələbələr tərəfindən hazırlanacaq. Layihənin sentyabr ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

            Mərkəzin həyətində yerləşən günəş panelləri və hazırlanacaq turbinlərindən ibarət  alternativ enerji mənbəyi sisteminin ümumi gücü 2000 Watt təşkil edəcək ki, bu da TETYM-in inzibati binasını tam olaraq elektrik enerjisi ilə təmin etməyə imkan verəcək.

            Bundan əlavə, TETYM-də çalışan tələbə və gənc tədqiqatçılar Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən elan olunmuş “İdeyanı Reallaşdır – 2022” adlı qrant müsabiqəsinə müxtəlif kateqoriyalar üzrə 4 layihə təqdim ediblər. Mərkəzin üzvləri SOCAR və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə 2022-ci il 9-11 sentyabr tarixlərində Bakı Ali Neft Məktəbində keçiriləcək “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakaton yarışmasında 2 layihə ilə yarışacaq. Layihələr Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında bərpa olunan enerji resurslarından istifadə mövzusuna həsr olunub.

            Qeyd edək ki, BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin inzibati binası bu ilin iyun ayında istifadəyə verilib. Mərkəzdə tələbələr elmin müxtəlif sahələri üzrə tədqiqatlar aparır, tədris prosesində əldə etdikləri bilikləri daha da gücləndirirlər. Mərkəzdə BDU ilə yanaşı, ölkənin digər ali təhsil müəssisələrinin tələbələri də müxtəlif sahələr üzrə təhsil-elm-innovasiya istiqamətində yerinə yetirilən layihə və proqramlarda iştirak edirlər.

            Mərkəzdə elektronika, materialşünaslıq, kimya mühəndisliyi, proqramlaşdırma, süni intellekt, mexanika, mexatronika, robototexnika mühəndisliyi, ekologiya mühəndisliyi, astrofizika və kosmik elmlər istiqamətləri üzrə dərnəklər fəaliyyət göstərir.

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025