BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Tələbə Elmi Cəmiyyəti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə seminarlara başlayıb

            BDU-nun Tələbə Elmi Cəmiyyəti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə seminarlara başlayıb

            ELM 20 May 2024 18:21

            BDU-nun Tələbə Elmi Cəmiyyəti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə seminarlara başlayıb

            Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi Cəmiyyəti (TEC) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə seminarlara başlayıb.

            BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov ilk seminarın Universitetin Kimya, Fizika, Coğrafiya, Tarix, Ekologiya və torpaqşünaslıq fakültələrinin iştirakı ilə keçirildiyini bildirib.

            Qeyd edib ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu nəzərə alaraq,  bu mövzuda silsilə elmi, elmi-praktiki konfranslar, seminarlar, ustad dərsləri, müsabiqə və olimpiadalar təşkil olunur.

            Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi Tahirə Hüseynzadə funksional və dayanıqlı şəhər məkanlarının yaradılmasına yönəlmiş şəhərsalma haqqında məruzə edib. Məruzədə velosiped infrastrukturu, yaşıl damlar və şaquli bağlar kimi təcrübələri tətbiq edən Kopenhagen, Sinqapur və Vankuver şəhərlərinin uğurlu nümunələri nəzərdən keçirilib, milli yaşıllaşdırma və tullantıların təkrar emalı proqramları da daxil olmaqla, Azərbaycanda bu istiqamətdə nəzərdə tutulan işlər barədə danışılıb.

            Coğrafiya fakültəsinin tələbəsi Aygün Əzizova şəhər planlamasında və yaşıl inkişafda innovativ texnologiyaların tətbiqi, şəhərlərin davamlı inkişafı üçün zəruri olan addımlardan bəhs edib. Yaşıl infrastrukturların karbon emissiyalarının azaldılmasında rolunu diqqətə çatdırıb.

            Tarix fakültəsinin tələbəsi Uğur Qismətlinin məruzəsində antropogenez prosesi, coğrafiyanın ilk insan tiplərinin təkamülünə və mədəniyyətlərin fərqliləşməsinə təsiri haqqında məlumat verilib, müasir insan tipinin sivilizasiyaların yaranmasında iştirakı, iqtisadi proseslərə təsiri qeyd edilib.

            Kimya fakültəsinin tələbəsi Gülbən Məmmədova yaşıl yanacaqlar və onların tətbiqinə dair çıxışında qalıq yanacaqların təbiətə və ekologiyamıza verdiyi ziyanla bağlı faktlar səsləndirib. Məruzədə yaşıl yanacaqların alınması yolları və yanacaq əlavələri haqqında məlumat verilib.

            Fizika fakültəsinin doktorantı Orxan Güləhmədov və tələbəsi Qurban Məmmədli öz çıxışlarında bərpaolunan enerji mənbələri , onların fiziki əsasları, hibrid enerji sistemləri (HES), gələcək perspektivləri, yaşayış məntəqələrində (qəsəbələr) enerji təminatının ödənilməsi üçün HES-in hazırlanması texnologiyası haqqında danışıblar. Məruzədə ağıllı paylama texnologiyasının tətbiqi və triboelektrik nanogeneratorların istifadəsi ilə özü-özünü enerji ilə təmin edən sensorlar əsasında ağıllı qəsəbə modelinin yaradılması müzakirə edilib.

            BDU-nun Tələbə Elmi Cəmiyyəti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə seminarlara başlayıb
            BDU-nun Tələbə Elmi Cəmiyyəti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə seminarlara başlayıb
            BDU-nun Tələbə Elmi Cəmiyyəti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə seminarlara başlayıb
            BDU-nun Tələbə Elmi Cəmiyyəti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə seminarlara başlayıb
            BDU-nun Tələbə Elmi Cəmiyyəti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə seminarlara başlayıb
            BDU-nun Tələbə Elmi Cəmiyyəti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə seminarlara başlayıb
            BDU-nun Tələbə Elmi Cəmiyyəti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə seminarlara başlayıb
            BDU-nun Tələbə Elmi Cəmiyyəti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə seminarlara başlayıb
            ELM

            Son XƏBƏRLƏR

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025