BDU-nun şəhid məzunu Vüqar Məmmədovun məzarı ziyarət olunub
11 Oktyabr 2022 15:43

Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Vüqar Məmmədov 2011-2015-ci illərdə BDU-nun İlahiyyat fakültəsində təhsil alıb. 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında həqiqi hərbi xidmətə başlayan Vüqar Məmmədov Aprel döyüşlərində topçu və manqa komandiri kimi iştirak edib.
O, Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. Vüqar Məmmədov 2020-ci ilin oktyabrın 9-da Füzulinin azad edilməsi uğrunda əməliyyatda düşmən snayperinin açdığı atəş nəticəsində qəhrəmancasına şəhid olub.
Son XƏBƏRLƏR
03.09.2026 | 12:37
BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir
02.09.2026 | 16:21
BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır
01.09.2026 | 17:10
İsrailin Bar-İlan Universitetinin vitse-prezidenti Zeev Zalevskinin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da
01.09.2026 | 16:56