BDU-nun şəhid məzunu Namiq Cavadovun məzarı ziyarət olunub

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Hərbi Memorial Məzarlıqda fakültənin şəhid məzunu Namiq Cavadovun məzarı ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad olunub. Tədbirdə şəhidin ailə üzvləri, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov Namiq Cavadovun tələbəlik illərindən və Vətən uğrunda göstərdiyi igidliklərdən danışıb, onun xatirəsinin əbədi yaşayacağını bildirib.
Sonra şəhidin ailə üzvləri çıxış edərək Qarabağın azad edilməsinin və bu yolda canından keçən qəhrəmanların xatirəsinin yaşadılmasının böyük mənəvi təsəlli olduğunu bildiriblər.