BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun rektoru “QS Eurasia Forum 2025” çərçivəsində sessiyada çıxış edib

            BDU-nun rektoru “QS Eurasia Forum 2025” çərçivəsində sessiyada çıxış edib

            BEYNƏLMİLƏLLƏŞMƏ 25 Noyabr 2025 18:33

            BDU-nun rektoru “QS Eurasia Forum 2025” çərçivəsində sessiyada çıxış edib

            Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 2025-ci il 25-26 noyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən “Broadening horizons: Building global bridges in higher education” mövzusuna həsr olunmuş “QS Eurasia Forum 2025” tədbiri çərçivəsində sessiyada çıxış edib. “Masterclass | Building the bridge: How to foster new international partnerships” adlanan sessiyaya QS Agentliyinin regional direktoru Sergey Xristolyubov moderatorluq edib.

            Sessiyada beynəlxalq əməkdaşlıq, ali təhsildə strateji tərəfdaşlıqların formalaşdırılması və dayanıqlı inkişaf modelləri müzakirə olunub. Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rufət Əzizov, Széchenyi István Universitetinin Biznes inzibatçılığı elmləri üzrə Doktorantura Məktəbinin direktoru László Vasa və “British Council” şirkətinin Özbəkistan nümayəndəliyinin direktor müavini Cəmilə Gülyamova çıxış ediblər.

            Çıxışı zamanı Elçin Babayev BDU-nun beynəlxalq əməkdaşlıq strategiyasının Universitetin akademik inkişafına, tədqiqat fəaliyyətinə, institusional dayanıqlılığına və qlobal tanıdılmasına verdiyi töhfələri xüsusi vurğulayıb. Rektor BDU-nun beynəlxalq fəaliyyətinin əsas istiqamətlərini tələbə və müəllim mübadiləsi, beynəlxalq fakültə və institutların yaradılması, ikili diplom proqramlarının həyata keçirilməsi, beynəlxalq qrant layihələrində iştirak, qlobal assosiasiya və şəbəkələrdə təmsilçilik, həmçinin beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq kimi prioritetlərlə izah edib.

            Sessiya iştirakçıları uzunmüddətli tərəfdaşlıqların davamlılığını təmin edən akademik və inzibati struktur bölmələrin rolunu, universitetin beynəlxalq şəbəkələrdə fəal iştirakını, müəllim və tələbə mübadiləsi proqramlarının genişləndirilməsini, eləcə də akademik əməkdaşlıqların səmərəliliyinin artırılması məsələlərini müzakirə ediblər. Məhdud resurslar şəraitində tərəfdaşlıqların prioritetləşdirilməsi strategiyası da diqqət mərkəzində olub. Bu çərçivədə strateji uyğunluq, tərəfdaş institutların akademik nüfuzu, regional əhəmiyyət, potensial təsir və resurs səmərəliliyi kimi meyarların həlledici olduğu qeyd edilib. Eyni zamanda ali təhsil müəssisələrinin əməkdaşlıq təcrübələrini dövri olaraq yenidən qiymətləndirməsi, səmərəsiz tərəfdaşlıqlardan imtina edilməsi və keyfiyyət yönümlü əməkdaşlıqların təşviqi tövsiyə olunub.

            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025