BDU-nun Psixoloji yardım sektoru “Qida pozuntuları” adlı maarifləndirici təlim keçirib
SOSİAL
24 Aprel 2026 15:10

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun təşkilatçılığı ilə tələbələr üçün “Qida pozuntuları” mövzusunda maarifləndirici təlim keçirilib.
Sektorun psixoloqu Natəvan Həsənzadə təlimin əsas məqsədinin tələbələrdə sağlam qidalanma davranışlarının formalaşdırılması və qida ilə bağlı psixoloji problemlər barədə məlumatlılığın artırılması olduğunu deyib.
Təlim zamanı anoreksiya, bulimiya və kompulsiv yemə kimi qida pozuntularının yaranma səbəbləri, əsas əlamətləri və qarşısının alınması yolları ətraflı şəkildə izah edilib. İştirakçılara qida ilə sağlam münasibətin qurulması, emosional aclığın idarə olunması və bədən görünüşünə dair daha müsbət düşüncə tərzinin formalaşdırılması istiqamətində praktiki tövsiyələr verilib.
Təlimdə düzgün və balanslı qidalanma rasionunun qurulması ilə bağlı faydalı məsləhətlər təqdim olunub, iştah ilə real aclıq hissi arasındakı fərqlər iştirakçıların diqqətinə çatdırılıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Son XƏBƏRLƏR
10.06.2026 | 14:17
BDU tələbələri futzal üzrə Azərbaycan Tələbə Liqasında uğur qazanıblar
10.06.2026 | 12:34
Çinin Xi’an Shiyou Universitetinin vitse-prezidenti Zhang Rongjunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub
10.06.2026 | 11:34
BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib
10.06.2026 | 10:41
BDU-nun dosenti Tariel Abbasov vəfat edib
09.06.2026 | 15:02