BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Psixoloji yardım sektoru pedaqoji heyət və tələbələr üçün seminar təşkil edib

            BDU-nun Psixoloji yardım sektoru pedaqoji heyət və tələbələr üçün seminar təşkil edib

            SOSİAL 13 Mart 2026 12:39

            BDU-nun Psixoloji yardım sektoru pedaqoji heyət və tələbələr üçün seminar təşkil edib

            Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru pedaqoji heyət və tələbələr üçün “Həyatımızı təyin edən seçimlər – ekzistensial psixologiyada insanın sərhədləri” mövzusunda seminar keçirib.

            Seminarda psixoloqlar Natəvan Həsənzadə və Adəm Paşayev qeyd ediblər ki, ekzistensial psixologiya insanın həyatının mənasını, azadlığını, məsuliyyətini, ölüm qorxusunu və tənhalıq kimi fundamental mövzuları araşdıran psixologiya cərəyanıdır. Onlar ekzistensial psixologiya çərçivəsində insanın həyatında seçimlərin rolu, fərdi məsuliyyət və azadlıq anlayışları barədə geniş məlumat veriblər. Bildiriblər ki, insanın  həyatın müxtəlif mərhələlərində qarşılaşdığı seçimlər onun həyat yolunu və şəxsiyyət kimi formalaşmasını müəyyən edən əsas amillərdən biridir. Bir çox hallarda insanlar həyatlarında baş verən hadisələrə görə özlərini qurban və ya məhkum edilmiş kimi hiss edir, qərar qəbul etməkdə çətinlik çəkir və məsuliyyəti xarici amillərin üzərinə yönəldirlər. Lakin ekzistensial yanaşmaya görə, insan azad seçim imkanına malikdir və bu azadlıq eyni zamanda məsuliyyət hissini də özü ilə gətirir. Bu baxımdan seçim yalnız istədiyini etmək deyil, insanın öz düşüncə və davranışlarının nəticələrini qəbul etməsi və həyatında müəyyən istiqamət seçməsi deməkdir.

            Seminarda iştirakçılarla birlikdə insanların qərarvermə prosesinə təsir edən gizli psixoloji müdafiə mexanizmləri, daxili qorxular və bəzən insanın özünə belə etiraf etmədiyi düşüncələr barədə müzakirələr aparılıb. Psixoloqlar qeyd ediblər ki, bu mexanizmləri dərk və analiz etmək insanın özünü daha yaxşı tanımasına, həyatındakı seçimləri daha şüurlu şəkildə etməsinə kömək edir.

            Eyni zamanda vurğulanıb ki, insanın bəzən seçimdən yayınmaq cəhdi də əslində bir seçimdir. Bu səbəbdən fərdin öz həyatına aktiv yanaşması, seçimlərinin məsuliyyətini dərk etməsi vacib hesab olunur.

            Seminar interaktiv formada təşkil edildiyindən iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, müxtəlif situasiyalar üzərində müzakirələr ediblər.

            Tədbirin sonunda mövzunun daha dərindən düşünülməsi və şəxsi həyatla əlaqələndirilməsi məqsədilə tələbələrə psixoloji praktik tapşırıqlar təqdim edilib, onların sualları cavablandırılıb.

             

            BDU-nun Psixoloji yardım sektoru pedaqoji heyət və tələbələr üçün seminar təşkil edib
            SOSİAL

            Son XƏBƏRLƏR

            13.03.2026 | 16:46

            BDU-da beynəlxalq proqram akkreditasiyası çərçivəsində ekspertlərin sahə səfəri davam edir

            13.03.2026 | 16:20

            BDU-da “44 günlük Vətən müharibəsi Böyük Britaniya mətbuatında” mövzusunda elmi seminar

            13.03.2026 | 15:12

            BDU tələbələri Mərkəzi Elmi Kitabxanada praktik dərs keçiblər

            13.03.2026 | 12:37

            BDU-da Əmlak Məsələləri Dövlət Xidmətinin “Karyera görüşləri”

            13.03.2026 | 09:59

            AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı BDU tələbələrinə ustad dərsi keçib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025