BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun nümayəndələri "LANDAU Education Group"da olublar

            BDU-nun nümayəndələri "LANDAU Education Group"da olublar

            SOSİAL 5 Noyabr 2025 16:36

            BDU-nun nümayəndələri "LANDAU Education Group"da olublar

            Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin əməkdaşları "LANDAU Education Group"un baş ofisində olublar. Görüşün əsas məqsədi təhsil, karyera inkişafı, tələbə və məzunların məşğulluğunun artırılması istiqamətində əməkdaşlıq imkanlarının müzakirəsi olub.

            Görüşdə BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova, baş mütəxəssisi İlkin Şərifov, Karyera planlaşdırılması üzrə məsləhətçisi Pərvanə Babayeva, "LANDAU Academy"nin rəhbəri Ləman Bayramlı Pearse, "LANDAU Education Group"un İnsan resursları departamentinin direktoru Tural İslamov və istedadların cəlb edilməsi üzrə qrup rəhbəri Aynur Hacıyeva iştirak ediblər.

            Tərəflər müasir təhsil mühitində karyera yönümlü fəaliyyətin əhəmiyyətini vurğulayaraq qarşılıqlı təcrübə mübadiləsi aparıblar. Günel Qurbanova Mərkəzin tələbə və məzunların karyera inkişafını dəstəkləyən layihələri, korporativ tərəfdaşlıqları və məzunlar şəbəkəsinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib, xüsusilə “Karyera kompası” layihəsini təqdim edib. O, pedaqoji yönümlü ixtisaslarda təhsil alan tələbə və məzunların məşğulluq imkanlarının genişləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü qeyd edib.

            "LANDAU Education Group"un nümayəndələri tədris sahəsində mövcud imkanlar, beynəlxalq təhsil mühiti və karyera perspektivləri barədə məlumat veriblər. Qeyd olunub ki, "LANDAU Academy" universitet və gələcək karyera arasında körpü rolunu oynayır. Burada tələbələr praktiki və pedaqoji bacarıqlar qazanır, təlim proqramlarını uğurla başa vurduqdan sonra "LANDAU Education Group" və digər beynəlxalq məktəblərdə iş imkanı əldə edirlər.

            Görüş zamanı BDU məzunlarının "LANDAU School"da uğurlu fəaliyyəti xüsusi vurğulanıb. Bildirilib ki, onlar pedaqoji, idarəetmə və tədris texnologiyaları sahələrində qazandıqları bilik və bacarıqları müasir məktəb mühitində uğurla tətbiq edirlər. Bu fakt BDU-nun tədris keyfiyyətinin və məzunlarının yüksək rəqabət qabiliyyətinin göstəricisi kimi qiymətləndirilib.
            Sonda tərəflər arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

            BDU-nun nümayəndələri "LANDAU Education Group"da olublar
            BDU-nun nümayəndələri "LANDAU Education Group"da olublar
            BDU-nun nümayəndələri "LANDAU Education Group"da olublar
            SOSİAL

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025