BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun məsləhətçi professoru Qüdrət İsmayılzadə vəfat edib

            BDU-nun məsləhətçi professoru Qüdrət İsmayılzadə vəfat edib

            SOSİAL 1 Aprel 2024 18:25

            BDU-nun məsləhətçi professoru Qüdrət İsmayılzadə vəfat edib

            Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin məsləhətçi professoru,  tarix elmləri doktoru Qüdrət İsmayılzadə vəfat edib.

            Qüdrət İsmayılzadə 1934-cü il oktyabrın 24-də Bakıda anadan olub. 1952-ci ildə 208 saylı orta məktəbi bitirib.

            1952-1957-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. 1960-1963-cü illərdə AMEA-nın aspirantı olub. “Qərbi Azərbaycanın qədim mədəniyyəti tarixinə dair” adlı namizədlik dissertasiyası müdafiə edib. O, 1964-cü ildə Qarabağ, Azıx, Sarıtəpə və digər arxeoloji ekspedisiyalarda iştirak,1964-1988-ci illərdə Füzuli arxeoloji ekspedisiyasına rəhbərlik edib. 1983-cü ildə "Azərbaycanın erkən tunc dövrü mədəniyyəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

            O, 1958-1977-ci illərdə AMEA-nın Tarix İnstitutunun Arxeologiya və etnoqrafiya sektorunun əməkdaşı olub. 1977-ci ildən BDU-nun Ümumi tarix, Qədim dünya və orta əsrlər tarixi, Arxeologiya və etnoqrafiya kafedralarında çalışıb. Troya, Boğazköy və Altıntəpə kimi dünya əhəmiyyətli abidələrdə arxeoloji qazıntılarda iştirak edib. Son illərdə BDU-nun Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının məsləhətçi professoru kimi çalışıb.

            Qüdrət İsmayılzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

            Tanınmış alim Beynəlxalq Arxeoloqlar Assosiasiyasının üzvü, Türkmənistan Prezidenti yanında Şərqin mədəni irsinin öyrənilməsi üzrə Elmi Şuranın və Rusiya Arxeoloqlar Cəmiyyətinin Azərbaycan bürosunun üzvü idi.

            O, 200-dən artıq elmi məqalə və monoqrafiyanın, 2 elmi-populyar kitabın, 1 dərs vəsaitinin müəllifi olub. 2 elmlər doktoru və 7 elmlər namizədi yetişdirib.

            BDU kollektivi tanınmış alim Qüdrət İsmayılzadənin vəfatı ilə bağlı dərindən kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

            Allah rəhmət eləsin!

            SOSİAL

            Son XƏBƏRLƏR

            19.03.2026 | 00:30

            Təbiətin oyanış və birlik bayramı - Novruz

            19.03.2026 | 22:00

            Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

            19.03.2026 | 19:00

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

            19.03.2026 | 16:37

            BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar”

            19.03.2026 | 16:17

            BDU-da “Web of Science” platformasından effektiv istifadəyə dair təlim keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025