BDU-nun magistrantı fotomüsabiqənin qalibi olub

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin magistrantı Maral Şahverdili “Yaşıl gələcək bizim gözümüzlə” adlı fotomüsabiqənin qalibi olub.
Müsabiqənin mükafatlandırılma mərasimi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında “İqlim dəyişikliklərinin həlli yolları: beynəlxalq əməkdaşlıq və elmi kommunikasiya” mövzusunda tədbirdə keçirilib.
Mərasimdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış alimlər, ekoloqlar və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Fotomüsabiqənin qaliblərindən olan Maral Şahverdili iqlim dəyişikliyi və ekoloji məsuliyyət mövzusunda çəkdiyi fotoya görə mükafata layiq görülüb.