BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Jurnalistika fakültəsinin tələbələri AZƏRTAC-da olublar

            BDU-nun Jurnalistika fakültəsinin tələbələri AZƏRTAC-da olublar

            2 Fevral 2023 14:57

            BDU-nun Jurnalistika fakültəsinin tələbələri AZƏRTAC-da olublar

            2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrinin bir qrupu ilə görüş keçirilib.
            Tələbələr əvvəlcə AZƏRTAC-ın yeni binasında yaradılan şəraitlə maraqlanıblar. Gənclər Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mətbuatla bağlı tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanımızın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlərlə, həmçinin AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqların nümunələrindən ibarət muzeylə tanış olublar.
            AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev tələbələrlə görüşüb, onları 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib. İdarə Heyətinin sədri görüşdə Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısından söz açıb, dövlətimizin başçısının siyasətinə uyğun olaraq AZƏRTAC-da da bu istiqamətdə görülən işlərdən danışıb. Bildirib ki, hazırda AZƏRTAC-ın əməkdaşlarının böyük əksəriyyəti gənclərdir.
            Agentliyin İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov tələbələrə AZƏRTAC-ın tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, bir əsrdən artıq yaşı olan agentlik dəyərli jurnalistika ənənələri və təcrübəsinə malikdir. Dünyanın qocaman agentliklərindən biri kimi AZƏRTAC-ın adı dünya müəlliflərinin media ilə bağlı monoqrafiyalarında da əks olunub. Qeyd olunub ki, ölkədə və xarici media üçün agentlik rəsmi xəbərlərin ilk mənbəyi olmaqla yanaşı, eyni zamanda, ictimaiyyət üçün etibarlı informasiya mənbəyidir. Gün ərzində agentliyin xəbər lentində 8 dildə (Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb, Çin və ispan) 500-dən artıq xəbər yerləşdirilir və ölkənin həyatında baş verən əsas hadisələr barədə məlumatlar xarici medianın xəbər bloklarında da əks olunur.
            Görüşdə sosial media, qlobal informasiya məkanı, xəbər yazılışı, jurnalistika ənənələri və digər istiqamətlər barədə tələbələrlə müzakirələr aparılıb.

            BDU-nun Jurnalistika fakültəsinin tələbələri AZƏRTAC-da olublar
            BDU-nun Jurnalistika fakültəsinin tələbələri AZƏRTAC-da olublar
            BDU-nun Jurnalistika fakültəsinin tələbələri AZƏRTAC-da olublar
            BDU-nun Jurnalistika fakültəsinin tələbələri AZƏRTAC-da olublar

            Son XƏBƏRLƏR

            03.09.2026 | 12:37

            BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

            03.09.2026 | 12:02

            Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

            02.09.2026 | 16:21

            BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır

            01.09.2026 | 17:10

            İsrailin Bar-İlan Universitetinin vitse-prezidenti Zeev Zalevskinin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da

            01.09.2026 | 16:56

            BDU tələbələrinin nəzərinə!

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025