BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir

            BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir

            SOSİAL 27 Avqust 2026 15:30

            BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir

            Bakı Dövlət Universiteti (BDU) və “Azerbaijan International Mining Company Limited” şirkətinin birgə təşkilatçılığı, BDU-nun Geologiya fakültəsi, “BDU könüllüləri” təşkilatı, “CM Tech” MMC, “CQA International Ltd” MMC, “AT-Geotech” MMC, “A-A” MMC, “Atlas” MMC və “AzGeo” MMC-nin dəstəyi ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir.

            Sessiyalarda BDU-nun Ümumi və tarixi geologiya kafedrasının müdiri, professor Nazim İmamverdiyev “Regional geologiya və tektonika” mövzusunda çıxış edib. O, çıxışında Azərbaycan Respublikası ərazisinin geoloji-tektonik xüsusiyyətləri barədə məlumat verib. Bildirib ki, ölkəmizin ərazisi Aralıq dənizi qırışıqlıq qurşağının Qafqaz seqmentinin şərq hissəsini əhatə edir. Qafqazın polisiklik inkişaf tarixinə malik olduğunu diqqətə çatdıran alim bu xüsusiyyətin regionu təşkil edən struktur zonaların daxili quruluşunda Baykal, Hersin və Alp tektonik-maqmatik tsikllərinin təzahürlərində öz əksini tapdığını qeyd edib.

            “Azerbaijan International Mining Company Limited” şirkətinin Dağ-mədən geologiyası departamentinin rəhbəri Samir Mürsəlov isə düşərgə iştirakçılarına şirkətin fəaliyyəti, dağ-mədən sənayesində müasir geoloji tədqiqat metodları və kəşfiyyat işləri barədə məlumat verib. O, təmsil etdiyi şirkət tərəfindən həyata keçirilən geoloji-kəşfiyyat işləri, filiz yataqlarının resurs potensialının qiymətləndirilməsi metodologiyası, eləcə də dağ-mədən sənayesində tətbiq olunan innovativ analitik texnologiyalar haqqında elmi-praktiki məlumatları diqqətə çatdırıb.

            Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun elmi katibi Səidə Zeynalova “GeoCamp” iştirakçılarına çaylarda su səviyyəsinin aşağı düşməsinə təsir edən antropogen amillər barədə məlumat verib. O, çay axınının azalması və kənd təsərrüfatında su qıtlığının yaranmasında antropogen təsirlərin rolundan bəhs edib, həmçinin bu proseslərin Xəzər dənizinin səviyyə tərəddüdləri və mövcud ekoloji problemlərlə əlaqəsinə diqqət çəkib.

            Düşərgə çərçivəsində iştirakçıların geologiya, coğrafiya və dağ-mədən sənayesi üzrə nəzəri biliklərinin artırılması, müasir tədqiqat metodları ilə tanış olması və praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif təlim və sessiyaların keçirilməsi davam etdirilir.

            BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir
            BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir
            BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir
            BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir
            BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir
            BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir
            BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir
            BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir
            BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir
            SOSİAL

            Son XƏBƏRLƏR

            27.08.2026 | 15:32

            “GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib

            27.08.2026 | 12:03

            BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub

            26.08.2026 | 12:11

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

            25.08.2026 | 17:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada "GeoCamp" Tələbə yay düşərgəsinin açılış mərasimi

            25.08.2026 | 14:35

            BDU-da qəbul planı ilkin olaraq 98,8 faiz dolub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025