BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun “Əqli mülkiyyət hüququ” ixtisaslaşması üzrə ilk məzunları Əqli Mülkiyyət Agentliyində işlə təmin olunacaqlar

            BDU-nun “Əqli mülkiyyət hüququ” ixtisaslaşması üzrə ilk məzunları Əqli Mülkiyyət Agentliyində işlə təmin olunacaqlar

            8 İyul 2022 11:26

            BDU-nun “Əqli mülkiyyət hüququ” ixtisaslaşması üzrə ilk məzunları Əqli Mülkiyyət Agentliyində işlə təmin olunacaqlar

            Bakı Dövlət Universitetində (BDU) magistratura səviyyəsində  “Əqli mülkiyyət hüququ” ixtisaslaşması üzrə ilk məzunlarının buraxılışı olub.
            Bu tədris ilində “Əqli mülkiyyət hüququ” ixtisaslaşması üzrə 9 tələbə məzun adını qazanıb. Onların hamısı Əqli Mülkiyyət Agentliyində işlə təmin olunacaqlar.
            Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov və BDU-nun rektoru Elçin Babayev məzunları təbrik edib, onlara fəxri fərman təqdim ediblər.
            Qeyd olunub ki, Respublikamızda əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalı və yayılmasının qarşısının alınması ilə bağlı yaranan münasibətlərin tənzimlənməsi üzrə praktiki bilik və bacarıqlara malik ixtisaslı kadrların hazırlanması məqsədilə 2019-cu ildə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov tərəfindən “Əqli mülkiyyət hüququ” ixtisaslaşmasının yaradılması təşəbbüsü irəli sürülüb. 2019-cu ildə ixtisaslaşma Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na daxil edilib.
            Əqli mülkiyyətin mühafizəsi sahəsində ixtisaslı kadrların hazırlanması məqsədilə 2019-cu il 16 dekabr tarixində Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə respublikamızda ilk dəfə olaraq BDU-da Əqli mülkiyyət hüququ kafedrası yaradılıb. Hazırda kafedrada 5 professor-müəllim çalışır. Təhsil-elm-istehsalat əlaqələrinin genişləndirilməsi ilə əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması məqsədilə BDU ilə bərabər Agentlikdən 4, Dövlət Neft Şirkətindən 1 və Mərkəzi Bankdan 1 mütəxəssis tədris prosesinə cəlb olunub.
            Respublikamızda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq dünya elminin qabaqcıl elmi və təlim-tədris nailiyyətlərindən istifadə etməklə kreativ düşüncəli mütəxəssislərin hazırlanması məqsədilə 2021-ci il 30 yanvar tarixində BDU ilə Fransanın Lion 2 Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.  
            2021-ci il 18 iyun tarixində isə beynəlxalq ikili diplom proqramı üzrə imzalanmış müqavilə əsasında BDU ilə Fransanın Lion 2 Universiteti arasında “Əqli mülkiyyət hüququ” ixtisaslaşmasında kadr hazırlığı həyata keçirilir.
            İxtisaslaşmanın tədris planına dünya əmək bazarının tələblərinə uyğun olan və bir çox dünya ölkələrinin qabaqcıl universitetlərində tədris edilən fənlər - Əqli mülkiyyət hüququnun müasir problemləri; Əqli mülkiyyət hüququ sahəsində Hüquq İnstitutları; Mədəniyyətin qorunması hüququ; Müəllif hüquqları və əlaqəli hüquqlar; Ticarət nişanı hüququ; Patent hüququ və sirrin qorunması; Avropa əqli mülkiyyət hüququ; Beynəlxalq xüsusi hüquq və s. daxil edilib. Tədris prosesinə Fransanın Lion 2 Universitetindən 3 professor-müəllim cəlb olunub.
            İxtisaslaşma üzrə ikili diplom proqramı çərçivəsində tədrisin ingilis və fransız dillərində aparıldığını nəzərə alaraq, fransız dilinin aparıcı mütəxəssislər tərəfindən tədris edilməsi və BDU-da intensiv fransız dili kurslarının təşkil olunması məqsədilə BDU və Azərbaycanda Fransız İnstitutu arasında müvafiq razılıq əldə edilib.
            Hazırda ixtisaslaşma üzrə 18 tələbə təhsil alır.

            BDU-nun “Əqli mülkiyyət hüququ” ixtisaslaşması üzrə ilk məzunları Əqli Mülkiyyət Agentliyində işlə təmin olunacaqlar
            BDU-nun “Əqli mülkiyyət hüququ” ixtisaslaşması üzrə ilk məzunları Əqli Mülkiyyət Agentliyində işlə təmin olunacaqlar
            BDU-nun “Əqli mülkiyyət hüququ” ixtisaslaşması üzrə ilk məzunları Əqli Mülkiyyət Agentliyində işlə təmin olunacaqlar
            BDU-nun “Əqli mülkiyyət hüququ” ixtisaslaşması üzrə ilk məzunları Əqli Mülkiyyət Agentliyində işlə təmin olunacaqlar

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025