BDU-nun əməkdaşları Təhsil Nazirliyinin təşkil etdiyi “Əcnəbilərin cəlbinin təşviqi” təlimlərində iştirak edib
16 İyul 2021 15:35

- 2021-ci il 14 iyul tarixində Bakı Dövlət Universitetinin Xarici tələbələrlə iş şöbəsinin əməkdaşları Leyla Əbilova və Əli-Əşrəf Rəcəbli Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Xəzər Universitetində “Əcnəbilərin cəlbinin təşviqi” mövzusunda keçirilən təlimlərdə iştirak ediblər. Təlimlər Azərbaycanda ali təhsil müəssisələrinin saytı, marketinq, reytinqlər, təhsil sərgiləri və portalları üzrə əsas istiqamətləri əhatə edib.
Təlimlərdə internet üzərindən işin təkmilləşdirilməsi, ali təhsil müəssisələrinin əcnəbilər üçün məlumat mənbəyi olan internet səhifələrinin tərtibi metodologiyası haqqında biliklərin dərinləşdirilməsi, Fəaliyyət Planının və hesabat formalarının, təqdimatlarının hazırlamaq bacarıqlarının təkmilləşdirilməsi sahəsində biliklər əldə olunub.
Son XƏBƏRLƏR
01.09.2026 | 17:10
İsrailin Bar-İlan Universitetinin vitse-prezidenti Zeev Zalevskinin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da
01.09.2026 | 16:56
BDU tələbələrinin nəzərinə!
01.09.2026 | 16:55
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 6 şagirdi qızıl və gümüş nişana layiq görülüb
01.09.2026 | 13:34
BDU məzunlarının MİQ imtahanlarında uğur göstəricisi artıb
01.09.2026 | 12:27