BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Elmi Kitabxanasında Türkiyənin “Narveri” təhsil və texnologiya şirkətinin rəhbərliyi ilə görüş

            BDU-nun Elmi Kitabxanasında Türkiyənin “Narveri” təhsil və texnologiya şirkətinin rəhbərliyi ilə görüş

            6 İyun 2022 14:21

            BDU-nun Elmi Kitabxanasında Türkiyənin “Narveri” təhsil və texnologiya şirkətinin rəhbərliyi ilə görüş

            Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında Türkiyənin “Narveri” təhsil və texnologiya şirkətinin rəhbərliyi ilə görüş keçirilib. Elmi Kitabxananın direktoru Nigar İsmayılova və şöbə müdiri, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun rəhbəri Cəmilə Yusifova qonaqlara Azərbaycanın ən böyük və ilk ali məktəbi BDU, burada son illər həyata keçirilən islahatlar haqqında məlumat veriblər. Qeyd ediblər ki, bu ilin sonunadək Elmi Kitabxananın fəaliyyəti tam elektronlaşacaq.

            “Narveri” təhsil və texnologiya şirkətinin baş direktoru, Fırat Universitetinin professoru Ahmet Bedri Ozer şirkətin fəaliyyət istiqamətləri, texnoloji məhsulları, məlumat bazaları və akademik kolleksiyalarını təqdim edib. O, şirkətin Türkiyədə nəşr olunan jurnalların 90 faizindən çoxunu və on minlərlə çap kitabını əhatə edən, 500 milyondan çox ingilis dilli sənəd ilə xarici dil məzmunu üzrə oxşarlıq testləri həyata keçirən plagiat proqramı haqqında məlumat verib.

            Şirkətin kompüter mühəndisi Emre Doğan və Ankara OSTİM Texniki Universitetinin dosenti Ahmet Müngen PİRİ axtarış maşınının,  PİRİ Library Discovery Database Service (LİBDİS) və digər proqram təminatlarının imkanlarından bəhs ediblər. PİRİ axtarış maşını süni intellektlər tərəfindən dəstəklənən müasir axtarış alqoritmləri ilə məzmunu tapmaq məqsədi daşıyır və alimlər, tədqiqatçılar üçün istənilən mövzu haqda bir çox məlumat bazalarında axtarışın nəticələrini təhlil edərək siyahılar təqdim edir. PİRİ 100 milyondan çox akademik əsəri (məqalə, tezis və s.), 110-dan çox məlumat bazasının metaverilənlərini, yüzlərlə açıq girişli məlumat bazasının tammətnlərini əhatə edir. LİBDİS Türkiyədə 10 milyondan çox akademik əsərin tammətninin  toplandığı məlumat bazası və axtarış sistemidir.

            Görüşün sonunda Elmi Kitabxanada Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna üzv ali məktəb kitabxanalarının da iştirakı ilə türk dilində ən böyük axtarış maşını və məlumat bazalarının təqdimatının keçirilməsi məsələləri müzakirə olunub.

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025