BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır

            BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır

            TƏDRİS 29 İyun 2026 10:59

            BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır

            2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU)  Ekologiya və torpaqşünaslıq fakültəsində magistratura səviyyəsində əmək bazarının tələblərinə cavab verən üç yeni ixtisaslaşma – “Ekoloji ekspertiza”, “Ekoloji menecment” və “Daşınmaz əmlakın kadastrı və reyestri” üzrə qəbul həyata keçiriləcək.

            “Ekoloji ekspertiza” ixtisaslaşması ətraf mühitin mühafizəsi, təbii ehtiyatların səmərəli idarə olunması, ekoloji təhlükəsizliyin təmin edilməsi və təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi sahəsində peşəkar mütəxəssislərin hazırlanmasına yönəlib.

            Tələbələr ekoloji ekspertiza və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ), strateji ekoloji qiymətləndirmə (SEQ), ekoloji layihələndirmə, ekologiya hüququ, ekoloji audit, ekoloji monitorinq, ekoloji norma və standartlar, texnogen təsirin qiymətləndirilməsi kimi müasir fənləri mənimsəyəcəklər. Təhsil müddətində ekoloji risklərin təhlili, ekspert rəylərinin hazırlanması, monitorinq sistemlərinin tətbiqi, ekoloji qanunvericiliyin icrası və ekoloji layihələrin idarə olunması istiqamətində nəzəri və praktik biliklər əldə edəcəklər.

            Məzunlar dövlət və özəl sektorda, ətraf mühitin mühafizəsi və ekoloji nəzarət qurumlarında, ekoloji ekspertiza və ƏMTQ təşkilatlarında, ekoloji monitorinq və laboratoriya mərkəzlərində, sənaye, tikinti, energetika, nəqliyyat və kənd təsərrüfatı müəssisələrinin ekoloji bölmələrində, ekoloji audit və konsaltinq şirkətlərində, elmi-tədqiqat institutları, ali təhsil müəssisələrində, həmçinin yerli və beynəlxalq layihələrdə ekoloq, ekoloji ekspert, monitorinq mütəxəssisi, auditor, layihə koordinatoru və tədqiqatçı kimi fəaliyyət göstərə biləcəklər.

            “Ekoloji menecment” ixtisaslaşması iqtisadi fəaliyyətlə ətraf mühit arasında tarazlığın qorunması, ekoloji risklərin idarə olunması, resurslardan səmərəli istifadə, yaşıl texnologiyaların tətbiqi və dayanıqlı inkişaf prinsiplərinin həyata keçirilməsi üzrə peşəkar kadrların hazırlanmasını nəzərdə tutur.

            Tədris proqramına ətraf mühitin idarə olunması və dayanıqlı inkişaf, müəssisələrdə ekoloji menecment, ƏMTQ, ekoloji monitorinq və modelləşdirmə, tullantıların idarə olunması, ekoloji marketinq, ekoloji audit və sığorta, energetikada təbiətqoruyucu texnologiyalar, yaşıl iqtisadiyyat, ekoloji innovasiyalar, ekoloji fəaliyyətin maliyyələşdirilməsi kimi fənlər daxildir. Tələbələr ekoloji menecment sistemlərinin standartları, sertifikatlaşdırma, ekoloji təhlükəsizlik və risk menecmenti, informasiya texnologiyalarının tətbiqi və normativ-hüquqi baza üzrə praktiki bacarıqlar əldə edəcəklər.

            Bu ixtisaslaşmanın məzunları dövlət və bələdiyyə qurumlarında, ekoloji nəzarət və tullantıların idarə olunması xidmətlərində, lisenziyalaşdırma və sertifikatlaşdırma orqanlarında, sənaye və infrastruktur müəssisələrində, ekoloji konsaltinq və audit şirkətlərində, elmi-tədqiqat müəssisələrində, universitetlərdə, biznes və korporativ sektorda, həmçinin beynəlxalq təşkilatlarda ekoloq-menecer, dayanıqlı inkişaf meneceri, ekoloji auditor, ekoloji risklər üzrə mütəxəssis, eko-marketoloq, layihə koordinatoru və tədqiqatçı kimi fəaliyyət göstərə bilərlər.

            “Daşınmaz əmlakın kadastrı və reyestri” ixtisaslaşması dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində kadastr sisteminin təşkili, torpaq idarəçiliyi və rəqəmsal məkan məlumatlarının idarə olunması üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına yönəlib.

            Tələbələr yerquruluşu layihələndirilməsi, yerquruluşunun əsasları, torpaqların kartoqrafiyası, torpaq və şəhər kadastrı, daşınmaz əmlakın iqtisadiyyatı, yaşayış məntəqələrinin planlaşdırılması, kənd təsərrüfatında informasiya idarəetməsi və kadastrın əsasları kimi fənləri öyrənəcəklər.

            İxtisaslaşma xüsusilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında sənaye və infrastruktur layihələrinin planlaşdırılması, ərazi seçimi, baş və müfəssəl planların hazırlanması, kənd təsərrüfatı təyinatlı torpaqların kadastr məlumat bazasının yaradılması, torpaqların qiymətləndirilməsi və iqtisadiyyatın rəqəmsallaşdırılması istiqamətində müasir bilik və bacarıqların formalaşdırılmasına xidmət edir.

            Məzunlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində, Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin strukturlarında, Kənd Təsərrüfatı Nazirliyində, Azərbaycan Respublikasının Kosmik Agentliyində (Azərkosmos), alternativ və bərpa olunan enerji sahəsində fəaliyyət göstərən qurumlarda, eləcə də müxtəlif beynəlxalq layihələrdə uğurla fəaliyyət göstərə bilərlər.

            Yeni ixtisaslaşmalar müasir əmək bazarının tələblərinə uyğun peşəkar mütəxəssislərin hazırlanması, dayanıqlı inkişaf, ekoloji təhlükəsizlik, rəqəmsal idarəetmə və torpaq-kadastr sisteminin təkmilləşdirilməsi istiqamətində yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasında mühüm əhəmiyyətə malikdir.

            TƏDRİS ELM

            Son XƏBƏRLƏR

            24.07.2026 | 12:52

            BDU-da seminar: “Süni intellekt və gələcəyin peşələri”

            24.07.2026 | 12:26

            XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

            23.07.2026 | 12:14

            BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi

            23.07.2026 | 08:59

            BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır

            22.07.2026 | 16:29

            BDU-da bakalavr səviyyəsində bəzi ixtisaslar üzrə elektron diplomlar verilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025