BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun dosenti Ramin Mahmudzadə vəfat edib

            BDU-nun dosenti Ramin Mahmudzadə vəfat edib

            9 Avqust 2022 15:49

            BDU-nun dosenti Ramin Mahmudzadə vəfat edib

            Azərbaycanın elm və təhsil ictimaiyyətinə ağır itki üz verib.

            Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin informasiya texnologiyaları və proqramlaşdırma kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Ramin Əlinazim oğlu Mahmudzadə vəfat edib. O, 31 avqust 1935-ci ildə Bakı şəhərində anadan olub. 1956-cı ildə BDU-nun Mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1958-ci ildə Leninqrad Dövlət Universitetində təhsilini davam etdirərək 1961-ci ildə məzun olub. 1961-ci ildən 1968-ci ilədək BDU-nun Mexanika-riyaziyyat fakültəsində laborant  işləyib. 1968-1973-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəzəri Kimya Problemləri İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb. 1973-cü ildə BDU-da fəaliyyətini davam etdirib, Tətbiqi-riyaziyyat və kibernetika fakültəsində dərs deyib. Baş müəllim, dosent, kafedra müdiri vəzifəsində işləyib.

            Ramin Mahmudzadə fasiləsiz olaraq pedaqoji və ictimai fəaliyyət göstərib. 1970-ci illərin əvvəllərində respublikada ilk dəfə olaraq 164, sonra 134 saylı orta məktəblərdə proqramçı siniflərinin əsasını qoyub.

            1989-cu ildə Azərbaycanın məktəblərində kompüterlərin tətbiqi ilə bağlı Ümumittifaq Pilot Layihəsinin rəhbəri işləyib. Respublika üzrə məktəblərarası informatika olimpiadalarının komissiya sədri, 1989-cu ildən respublikanın informatika üzrə Ümumittifaq olimpiada komandasının rəhbəri, 1994-cü ildən Beynəlxalq olimpiada komandasının rəhbəri olub. 1999-cu ildən Təhsil Nazirliyinin "İnformasiya Texnologiyaları Təhsildə" Metodiki Şurasının sədri kimi çalışıb. Ramin Mahmudzadə 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.

            O, pedaqoji fəaliyyəti dövründə translyasiya üsulları, informatika, alqoritmik dillərdən dərs deyib, paralel proqramlaşdırma, proqramlaşdırma dilləri, tədris metodikası sahələri üzrə tədqiqatlar aparıb. 80-dən artıq elmi və pedaqoji əsəri çapdan çıxıb.

            Allah rəhmət etsin!

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025