BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib

            BDU-nun “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib

            ELM 21 May 2026 16:10

            BDU-nun “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib.

            Tədbirdə çıxış edən BDU rektoru Elçin Babayev qeyd edib ki, Azərbaycan diplomatiyası hazırda özünün ən güclü dövrünü yaşayır. Ölkəmizin siyasi, iqtisadi qüdrətini diplomatik cəbhədə qazandığımız uğurlar daha da möhkəmləndirir. BDU da bu mühüm prosesə öz töhfəsini verir. Rektor “Diplomatın nitqi” təlimlərinin beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərmək istəyən tələbələr üçün şans olduğunu qeyd edib. O bildirib ki, proqram çərçivəsində iştirakçılar nitq mədəniyyəti, ictimai çıxış bacarıqları, diplomatik ünsiyyət və özünü ifadə etmə sahəsində mühüm bilik və təcrübələr əldə ediblər. Bu, hər bir iştirakçının peşəkar və şəxsi inkişafına mühüm töhfə verib, liderlik bacarıqlarını inkişaf etdirib və gələcək fəaliyyətlərində daha inamlı çıxış etmələrinə şərait yaradıb: “Diplomatın nitqi yalnız düzgün danışmaq deyil, düşüncəni təsirli şəkildə çatdırmaq, qarşı tərəfi dinləmək, etimad yaratmaq və cəmiyyət qarşısında məsuliyyətlə çıxış etmək bacarığıdır. Gənclərin bu bacarıqlara yiyələnməsi gələcəyimiz üçün böyük ümid və inam yaradır. Təlimlərin ən sevindirici tərəflərindən biri də müxtəlif fakültələrdən olan tələbələrin bir araya gəlməsidir. Təlimlərdə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi ilə yanaşı, Hüquq, Tarix, Jurnalistika, Şərqşünaslıq, hətta dəqiq və təbiət elmləri fakültələrini təmsil edən, eləcə də xarici ölkələrdən BDU-da təhsil alan gənclər iştirak ediblər. İnanıram ki, layihə çərçivəsində formalaşan bilik və təcrübə gələcək gələcək diplomatların uğurlarınının əsas dayaqlarından biri olacaq. Bu təlimlər onlar üçün yeni imkanların başlanğıcına çevriləcək”.

            Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Vəfa İsmayılova layihə barədə məlumat verib. “Diplomatın nitqi” layihəsi çərçivəsində keçirilən təlimlər haqqında videoçarx nümayiş olunub.

            Sonra Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Aytən Qurbanovanın moderatorluğu ilə “Sözün gücü: müasir diplomatiyanın fürsət və çətinlikləri” adlı panel sessiya təşkil olunub.

            Sessiyada Milli Məclisin üzvləri Nigar Məmmədli və Rizvan Nəbiyev Azərbaycanın yürütdüyü çoxvektorlu xarici siyasətdə parlament diplomatiyasının “yumşaq güc” kimi rolu, Efiopiya Federativ Demokratik Respublikasındakı səfirimiz, ölkəmizin Afrika İttifaqı yanında daimi nümayəndəsi Ruslan Nəsibov bir cümlə və ya davranışın diplomatik fəaliyyətə təsiri, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə dövlətin rəsmi mövqeyinin effektiv və operativ çatdırılma yolları, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Mətin Məmmədli isə beynəlxalq münasibətlər sistemində analitik düşüncənin əhəmiyyəti ilıə bağlı fikirlərini bölüşüb, şəxsi təcrübələrindən nümunələr çəkiblər.

            Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri Hicran Hüseynova, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxışlarında belə layihələrin gənclərin peşəkar kadr kimi yetişməyində mühüm rol oynadığını qeyd ediblər.

            Sonda “Diplomatın nitqi” təlimlərini uğurla başa vuran tələbələrə sertifikatlar verilib.

             

            BDU-nun “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib
            BDU-nun “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib
            BDU-nun “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib
            BDU-nun “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib
            BDU-nun “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib
            BDU-nun “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib
            BDU-nun “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib
            BDU-nun “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib
            BDU-nun “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib
            BDU-nun “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib
            BDU-nun “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib
            BDU-nun “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib
            BDU-nun “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib
            BDU-nun “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib
            BDU-nun “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib
            BDU-nun “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib
            BDU-nun “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib
            BDU-nun “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib
            BDU-nun “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib
            ELM

            Son XƏBƏRLƏR

            21.05.2026 | 19:45

            BDU WUF13 çərçivəsində Biznes və İnnovasiya Mərkəzi platformasında innovativ layihələrlə çıxış edib

            21.05.2026 | 17:15

            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilkin mərhələsinin bağlanış mərasimi

            21.05.2026 | 17:05

            BDU TGT-nin təşkilatçılığı ilə universitetlərarası futbol çempionatı keçiriləcək

            21.05.2026 | 17:04

            BDU əməkdaşları Üsküdar Universiteti tərəfindən təşkil olunan 13-cü Beynəlxalq Kommunikasiya Günlərində məruzə ediblər

            21.05.2026 | 15:44

            BDU-da təlim: “Karyera yolunda ünsiyyət, CV və peşə seçimi”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025