BDU-nun Biologiya fakültəsinin məzunları tələbələrlə uğur hekayələrini bölüşüblər
SOSİAL
20 Aprel 2026 10:40

Bakı Dövlət Universitetində (BDU) Biologiya fakültəsinin tələbələri üçün xaricdə təhsil imkanlarına həsr olunmuş infosessiya və məzunlarla görüş təşkil edilib. Tədbir çərçivəsində tələbələrə beynəlxalq və dövlət təqaüd proqramları, eləcə də ikili diplom imkanları barədə ətraflı məlumat verilib.
Görüş zamanı məzunların xaricdə təhsil aldıqları müddətdə qazandıqları akademik və praktiki təcrübə müzakirə olunub. Tədbirdə çıxış edən “Biotexnologiya” ixtisaslaşması üzrə ikili diplom proqramının məzunları – Edqar Şahbazov (Böyük Britaniyanın Mançester Universitetinin doktorantı), Cəfər Aşumov (Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun doktorantı) və Emiliya Bağıyeva xarici universitetlərdə təhsil sisteminin xüsusiyyətləri, elmi-tədqiqat mühiti, qəbul şərtləri və IELTS imtahanına hazırlıqla bağlı faydalı tövsiyələrini tələbələrlə bölüşüblər.
İnfosessiya tələbələrin beynəlxalq təhsil imkanları barədə məlumatlılığının artırılması, onların akademik inkişafına dəstək verilməsi və dövlət proqramları ilə yanaşı, ikili diplom proqramlarının imkanlarından yararlanmağa təşviq olunması istiqamətində mühüm addım kimi qiymətləndirilib.
Sonda məzunlar tələbələrin suallarını cavablandırıblar.
Son XƏBƏRLƏR
10.06.2026 | 14:17
BDU tələbələri futzal üzrə Azərbaycan Tələbə Liqasında uğur qazanıblar
10.06.2026 | 12:34
Çinin Xi’an Shiyou Universitetinin vitse-prezidenti Zhang Rongjunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub
10.06.2026 | 11:34
BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib
10.06.2026 | 10:41
BDU-nun dosenti Tariel Abbasov vəfat edib
09.06.2026 | 15:02