BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

            BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

            16 Avqust 2022 11:40

            BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

            Bakı Dövlət Universitetinin Biologiya fakültəsi ölkədə biologiya ixtisasları üzrə liderlik edən elm-təhsil mərkəzidir. Fakültədə 6 kafedra və 13 tədris laboratoriyası fəaliyyət göstərir. Laboratoriyalar müasir avadanlıqlarla təchiz olunmuşdur. Bakalavr pilləsində tələbələr II kursdan etibarən kafedralarda aparılan elmi-tədqiqat işlərinə cəlb olunurlar.  Fakültənin tələbə və magistrantları BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstrən laboratoriyalarda (Biomühəndislik, Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyaları) tədqiqat aparmaq imkanına malikdirlər.

            Fakültədə Botanika və bitki fiziologiyası, Biofizika və biokimya, Molekulyar biologiya və biotexnologiyalar, Zoologiya və fiziologiya, Genetika və Biotibbi materiallar kafedraları fəaliyyət göstərir. Müxtəlif elmi istiqamətlər üzrə tədris laboratoriyalarında tələbələrin iştirakı ilə  tədqiqatlar aparılır.

            Bakalavriat səviyyəsində 6 ixtisas üzrə - biologiya, biologiya müəllimliyi, su bioehtiyatları və akvakultura, biotexnologiya, bitki mühafizəsi və qida mühəndisliyi ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

            "Biologiya" ixtisası üzrə məzunlar fundamental bilik və bacarıqlar qazanmaqla biologiya profilli elmi-tədqiqat institutlarında, sənaye müəssisələrinin (qida, əczaçılıq və s.) laboratoriyalarında, suyun keyfiyyətinə nəzarəti təmin edən laboratoriyalarda, tibb müəssisələri nəzdində fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyalarında çalışa bilərlər.

            "Biologiya müəllimliyi" ixtisası üzrə məzunlar ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər, gimnaziyalar) Biologiya fənni üzrə yüksək peşəkarlıqla tədris apara bilərlər.

            "Su bioehtiyatları və akvakultura" ixtisası üzrə məzunlar sahə üzrə tələb olunan bilik və bacarıqlara yiyələnərək, balıq və digər şirin su və dəniz məhsullarının artırılması, mühafizəsi, istehsalı ilə məşğul olan müəssisələrdə işlə təmin oluna bilərlər.

            "Biotexnologiya" ixtisası üzrə məzunlar istehsalatda tələb olunan müasir biotexnoloji bilik və bacarıqlara yiyələnmiş kadr olaraq, biotexnoloji proseslərə əsaslanan istehsalat müəssisələrində (süd, ət məhsulları, müxtəlif içkilər və digər qida məhsulları, əczaçılıq və s.), aqrar sektorun biotexnoloji laboratoriyalarında, elmi-tədqiqat institutlarında işlə təmin oluna bilərlər.

            "Bitki mühafizəsi" ixtisası üzrə məzunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində fəaliyyət göstərən müəssisələrdə, milli parklarda, qoruqlarda və digər mühafizə olunan ərazilərdə, elmi-tədqiqat institutlarında işlə təmin oluna bilərlər.

            “Qida mühəndisliyi” ixtisası üzrə məzunlar təhsil müəssisələrində, elmi-tədqiqat institutlarında, istehsalat müəssisələrində, xüsusən də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin struktur bölmələrində və laboratoriyalarında işlə təmin oluna bilərlər.

             

            Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

            Son XƏBƏRLƏR

            03.09.2026 | 12:37

            BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

            03.09.2026 | 12:02

            Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

            02.09.2026 | 16:21

            BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır

            01.09.2026 | 17:10

            İsrailin Bar-İlan Universitetinin vitse-prezidenti Zeev Zalevskinin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da

            01.09.2026 | 16:56

            BDU tələbələrinin nəzərinə!

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025