BDU-nun Astrofizika kafedrası: “Yaz fəsli Azərbaycana martın 20-si saat 18:45:53-də daxil olacaq”
ELM
20 Fevral 2026 13:32

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 18:45:53-ə təsadüf edəcək. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq.
Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.
Son XƏBƏRLƏR
08.11.2026 | 00:00
Müstəqilliyimizin əbədi rəmzi
08.11.2026 | 18:35
BDU kollektivi Zəfər parkını ziyarət edib
08.11.2026 | 11:00
Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
07.11.2026 | 00:00
Milli qürur günümüz
07.11.2026 | 20:37