BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Astrofizika kafedrası: “Yanvarın 16-da Mars adi gözlə görünən ən zəif ulduzdan 900 dəfə parlaq olacaq”

            BDU-nun Astrofizika kafedrası: “Yanvarın 16-da Mars adi gözlə görünən ən zəif ulduzdan 900 dəfə parlaq olacaq”

            ELM 10 Yanvar 2025 13:25

            BDU-nun Astrofizika kafedrası: “Yanvarın 16-da Mars adi gözlə görünən ən zəif ulduzdan 900 dəfə parlaq olacaq”

            Yanvarın 16-da Mars planeti qarşıdurmada olacaq. Qarşıdurma zamanı Mars və Günəş Yerə görə əks istiqamətlərdə yerləşir. Bu, Marsın tam işıqlanmış və Yerə yaxın mövqelərdən birində olduğu vəziyyətdir.

            Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, qarşıdurma vəziyyətində Mars tam gecə boyunca görünür. Bu mövqe Marsın həm teleskopla, həm də adi gözlə ən yaxşı müşahidə olunduğu vaxtlardan biridir. Planet daha parlaq və böyük görünür, buna görə də onun xüsusiyyətlərini öyrənmək üçün astronomlar üçün ideal şərait yaranır. Eyni zamanda, yanvarın 12-də  saat 23:00-da Mars Yerə 0.642 AV (96.079 milyon km) yaxın məsafədə olacaq. Hər Mars yaxınlaşması bir neçə gün fərqlə, demək olar ki, eyni vaxtda baş verən bir qarşıdurma ilə müşayiət olunur. Bu gecikmə Mars orbitinin nəzərəçarpacaq dərəcədə elliptik olması ilə əlaqədardır. Bu dəfə Mars Yerə yaxın mövqedə olanda onun görünən bucaq ölçüsü 14.6" (bucaq saniyəsi), parlaqlığı isə  -1.4m ulduz ölçüsünə çatacaq. Başqa sözlə, adi gözlə görünən ən zəif ulduzdan təxminən 900 dəfə parlaq olacaq.

            Bakıdan Mars bütün gecə ərzində təxminən saat 18:30-dan 07:41 radələrinə kimi görünəcək. Saat 01:14-də Mars göy meridianını kecəcək və həmin an üfüqdən 74° hündürlükdə olacaq.

            Marsın ən böyük qarşıdurması Yerlə Marsın bir-birinə ən yaxın olduğu və Marsın göydə mümkün olan ən böyük parlaqlığa və bucaq ölçüsünə çatdığı hadisədir. Bu fenomen Marsın elliptik orbitinin təsiri ilə əlaqədardır, çünki Mars orbitində Günəşə nisbətən fərqli məsafələrdə hərəkət edir. Marsın ən böyük qarşıdurması təxminən 15-17 ildə bir dəfə baş verir. Bu, Mars Günəşə ən yaxın nöqtəsində – perihelidə olduğu zaman və Yer Marsa mümkün qədər yaxın olduqda baş verir. Belə hadisələrdə Mars ilə Yer arasındakı məsafə təxminən 0.37 AV (55 milyon kilometrə yaxın) olur.

            Ən böyük qarşıdurma zamanı Marsın bucaq ölçüsü təxminən 25.1"-yə qədər artır və bu, adi qarşıdurmalarda olduğundan daha böyük olur. Parlaqlığı -2.9m ulduz ölçüsünə  qədər yüksəlir ki, bu halda Mars Veneradan sonra gecə səmasında ən parlaq obyekt olur. Marsın səthindəki əsas detallar, məsələn, qütb papaqları, səhralar və albedo xüsusiyyətləri teleskop vasitəsilə aydın görünə bilər.

            Marsın son dövrlərdə bir neçə böyük qarşıdurması hadisəsi baş verib:

            • 2003-cü il 27 avqust: Mars Yerdən cəmi 55.7 milyon kilometr məsafədə olub.  Bu, son 60000 ilin ən yaxın qarşıdurması idi. Marsın bucaq ölçüsü təxminən 25.1" olmuşdu və bu hadisə böyük müşahidə kampaniyaları ilə müşayiət edilmişdi.

            • 2018-ci il 27 iyul: Bu zaman Mars cəmi 57.6 milyon kilometr məsafədə olub.

            Növbəti böyük qarşıdurmanın 15 sentyabr 2035-ci ildə baş verəcəyi gözlənilir. Bu zaman Mars Yerdən təxminən 56 milyon kilometr məsafədə olacaq.

            ELM

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025