BDU-nun 12 məzunu HTP çərçivəsində Macarıstan və Çin Xalq Respublikasında təhsil alacaq
BEYNƏLMİLƏLLƏŞMƏ
7 İyul 2025 16:33

Bakı Dövlət Universitetinin (BDU) 12 məzunu 2025/2026-cı tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Macarıstan və Çin Xalq Respublikasında magistratura və doktorantura səviyyələrində təhsil almaq hüququ əldə edib.
BDU məzunları Macarıstanın Eötvös Lorand Universiteti, Budapeşt Korvinus Universiteti, Ludovika Dövlət İdarəçilik Universiteti, Budapeşt İqtisadiyyat və Biznes Universiteti, Çin xalq Respublikasının Pekin Texnologiya Universiteti, Şanxay Beynəlxalq Tədqiqatlar Universiteti, Pekin Elm və Texnologiya Universiteti, Şansi Universiteti, Çin Siyasi Elmlər və Hüquq Universiteti, Vuhan Universiteti kimi nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunublar.
Onlar təhsillərini beynəlxalq münasibətlər, hüquq, biznesin idarə edilməsi, kompüter elmləri, psixologiya və ətraf mühit elmləri üzrə davam etdirəcəklər.
Bu uğur BDU-nun beynəlxalq təhsil mübadiləsindəki mövqeyinin möhkəmləndiyini və məzunlarının yüksək akademik hazırlığa malik olduqlarını bir daha sübut edir.
Son XƏBƏRLƏR
05.12.2025 | 17:44
BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub
05.12.2025 | 16:58
BDU könüllüləri ilə görüş
05.12.2025 | 16:57
BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər
05.12.2025 | 15:08