BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

            BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

            BEYNƏLMİLƏLLƏŞMƏ 4 Sentyabr 2026 13:29

            BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

            Xaricdə təhsil yalnız fərdi akademik inkişaf üçün deyil, müasir bilik və beynəlxalq təcrübənin ölkəyə gətirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” bu istiqamətdə Azərbaycan gənclərinə dünyanın qabaqcıl universitetlərində təhsil almaq üçün geniş imkanlar yaradır.

            Proqramın 2026-cı il üzrə qaliblərindən biri də Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasının məzunu Fəzilə Əliyevadır.O,magistratura təhsilini Kembric Universitetində “Hüquq” ixtisası üzrə davam etdirəcək.
            “Azərbaycan müəllimi” DP qalibi Fəzilə Əliyevanın uğur hekayəsini təqdim edir.

            Çalışdı, uğur qazandı və  daha böyük hədəflər seçdi

            Fəzilə Əliyeva 2020-ci ildə ali məktəblərə qəbul imtahanında 686,7 bal toplayaraq Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasının rus bölməsinə qəbul olunub. Yüksək nəticəsinə görə həmin il Prezident təqaüdünə layiq görülüb.

            Universitet illərində də yüksək akademik göstəricilərini qoruyub saxlayan Fəzilə bakalavr təhsilini 97,46 ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) ilə başa vuraraq fərqlənmə diplomu ilə məzun olub.

            Onun tələbəlik dövründə əldə etdiyi nailiyyətlər yalnız universitet auditoriyası ilə məhdudlaşmayıb. Fəzilə Əliyeva 2023-cü ildə PAŞA Holding tərəfindən təşkil olunan “Əlaçı” təqaüd proqramının qaliblərindən biri olub. Proqram çərçivəsində qazandığı inkişaf imkanları onun akademik və peşəkar istiqamətdə formalaşmasına əlavə stimul verib.

            Ali təhsilini  xaricdə davam etdirməyi qarşısına məqsəd qoyan Fəzilə Əliyeva dil hazırlığı istiqamətində də yüksək nəticə göstərib. O, ingilis dili biliyinin beynəlxalq səviyyədə qiymətləndirilməsi üçün keçirilən IELTS imtahanından 8.0 bal əldə edib.

            Yüksək akademik göstəricilər, güclü xarici dil biliyi, ictimai fəaliyyət, könüllülük və müxtəlif qurumlarda qazandığı praktiki təcrübə sonrakı mərhələdə dünyanın nüfuzlu ali məktəblərindən qəbul almaq üçün gənc qızın qarşısında yeni imkanlar açıb.

            Beynəlxalq təhsil və məhkəmədən dövlət qurumlarınadək praktiki hüquq təcrübəsi

            Fəzilə Əliyevanın beynəlxalq təhsil təcrübəsi Kembric Universitetindən əvvəl başlayıb. O, 2024-cü ildə “Türkiyə Bursları” proqramının qalibi olub.Bu proqram çərçivəsində Türkiyənin Hacettepe Universitetinin Xüsusi hüquq üzrə  magistratura proqramına qəbul olunan gəncimiz 2026-cı ildə təhsilini 96,26 ÜOMG ilə uğurla başa vurub.

            Bir neçə aparıcı universitetdən qəbul almasına baxmayaraq Fəzilə Əliyeva növbəti təhsil mərhələsini Kembric Universitetində davam etdirməyi seçib.

            Fəzilə Əliyeva tələbəlik illərindən etibarən akademik biliklərini praktiki fəaliyyətlə zənginləşdirməyə xüsusi önəm verib. Bu məqsədlə müxtəlif dövlət qurumlarında könüllü, təcrübəçi və mütəxəssis kimi fəaliyyət göstərərək hüquq sisteminin fərqli istiqamətləri ilə yaxından tanış olmaq imkanı əldə edib.

            Onun ilk mühüm praktiki fəaliyyət istiqamətlərindən biri Bakı Apellyasiya Məhkəməsində könüllü kimi çalışması olub.Buradakı fəaliyyəti Fəzilə Əliyevaya məhkəmə sisteminin iş prinsiplərini, məhkəmə proseslərinin təşkilini və hüquqi sənədlərlə işin praktiki tərəflərini yaxından müşahidə etmək imkanı yaradıb.

            Fəzilə Əliyeva, həmçinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində təcrübə keçib. Onun əmək fəaliyyətində növbəti mühüm mərhələlərdən biri isə Dövlət Dəniz və Liman Agentliyində hüquqşünas-mütəxəssis vəzifəsində çalışması olub. Burada Fəzilə Əliyeva artıq əldə etdiyi akademik və praktiki bilikləri peşəkar hüquq fəaliyyəti çərçivəsində tətbiq edib, hüquqi sənədlərlə işləmək və müxtəlif hüquqi məsələlərin həlli prosesində iştirak etməklə iş təcrübəsini daha da zənginləşdirib.

            Gələcək planları xaricdə təhsil almaqla yekunlaşmır

            Əsrlər boyu dünya elminə, hüquq düşüncəsinə və akademik ənənələrə mühüm töhfələr vermiş Kembric Universitetində hüquq üzrə təhsil almaq onun üçün yalnız növbəti akademik pillə deyil, həm də müxtəlif hüquq məktəbləri, beynəlxalq hüquqi yanaşmalar və qabaqcıl tədqiqat mühiti ilə yaxından tanış olmaq imkanıdır.

            Bakı Dövlət Universitetində formalaşdırdığı akademik baza, Hacettepe Universitetində qazandığı beynəlxalq təhsil təcrübəsi və müxtəlif dövlət qurumlarında əldə etdiyi praktiki hüquq bacarıqları bundan sonra Kembric Universitetinin akademik mühitində yeni mərhələyə keçəcək.

            Fəzilə Əliyevanın gələcək planları xaricdə təhsil almaqla yekunlaşmır. Onun əsas hədəflərindən biri Kembric Universitetində əldə edəcəyi akademik bilik sayəsində peşəkar bir mütəxəssis olaraq Vətənə dönüb hüquq təhsilinin inkişafına töhfə vermək, qazandığı bilik və təcrübəni gələcək hüquqşünaslarla bölüşməkdir.

            BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
            BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
            BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            04.09.2026 | 15:51

            BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

            04.09.2026 | 13:27

            BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

            03.09.2026 | 12:37

            BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

            03.09.2026 | 12:02

            Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

            02.09.2026 | 16:21

            BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025