BDU könüllüləri “Gənclərlə iş dünyasına baxış: İnsan resurslarının gözü ilə” forumunda iştirak ediblər

Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının üzvləri Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan HR İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Gənclərlə iş dünyasına baxış: İnsan resurslarının gözü ilə” adlı forumda iştirak ediblər.
Forum çərçivəsində insan resursları sahəsinin əsas funksiyaları, işə qəbul prosesində önəm verilən məqamlar, effektiv CV hazırlanması və real müsahibə simulyasiyası kimi praktiki məsələlər geniş müzakirə olunub.
Tədbirdə HR mütəxəssisləri və karyera məsləhətçiləri öz təcrübələrini iştirakçılarla bölüşüblər. Gənclər təlimlərdə müsahibə prosesinin mərhələlərini canlı izləyib, CV tərtibi ilə bağlı faydalı biliklər əldə ediblər.
Forumun əsas məqsədi gənclərə əmək bazarının tələbləri barədə ətraflı məlumat vermək və onların iş dünyasına daha hazırlıqlı şəkildə inteqrasiyasına dəstək göstərməkdir.