BDU ilə Qırğızıstanın Oş Texnologiya Universiteti arasında anlaşma memorandumu imzalanıb

Bakı Dövlət Universiteti (BDU) və Qırğızıstan Respublikasının M.M.Adışev adına Oş Texnologiya Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və M.M.Adışev adına Oş Texnologiya Universitetinin rektoru Zhanbolot Tursunbaev imzalayıb.
Memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.
Əsası 1963-cü ildə qoyulmuş M.M.Adışev adına Oş Texnologiya Universiteti Qırğızıstanın nüfuzlu universitetlərindən biridir.