BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-HUJI ikili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib

            BDU-HUJI ikili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib

            BEYNƏLMİLƏLLƏŞMƏ 13 Fevral 2025 14:31

            BDU-HUJI ikili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib

            Bakı Dövlət Universiteti (BDU) və İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında “Biotexnologiya” ixtisaslaşması üzrə həyata keçirilən beynəlxalq ikili diplom proqramının idarəedilməsini təmin edən Rəhbər Komitənin növbəti görüşü olub.

            Görüşdə BDU-nun rektoru Elçin Babayev, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktoru Əli Nağıyev, Yüksək Texnologiyalar Parkının Baş Direktorunun müşaviri Abutab Abbasova, BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova, HUJI-nin Kənd təsərrüfatı, qida və ekologiya fakültəsinin dekanı Saul Burdman, dekan müavinləri Yel Helman, İsrael Rozenboim, “Biotexnologiya” magistratura proqramının rəhbəri Oren Osterzetçer, BDU-nun əməkdaşları və tədqiqatçıları iştirak ediblər.

            Rəhbər Komitənin görüşündə BDU rektoru Elçin Babayev və HUJI-nin Kənd təsərrüfatı, qida və ekologiya fakültəsinin dekanı Saul Burdman həmsədrlər qismində çıxış edərək iclası açıq elan ediblər.

            İclasda proqramın fəaliyyəti, perspektivləri, maliyyə və resurs planlaması, idarəolunması, hesabatlılığı, proqram üzrə təhsil alan tələbələrin tədqiqat layihələrinə cəlbi və keyfiyyət təminatı kimi geniş mövzulara toxunulub.

            Rəhbər Komitənin HUJI-dən olan üzvləri ikili diplom proqramı tələbələrinin akademik nailiyyətlərinin müqayisəsini və analizini apararaq bildiriblər ki, gənclərin məzun olduqdan sonra biotexnologiya, bitki və qida mühəndisliyi kimi hazırda çox aktual olan sahələr üzrə doktorantura təhsilinə və tədqiqata meylli olmaları çox yaxşı göstəricidir.

            Sonda BDU-nun tədqiqatçıları Aygün İsrayılova və Nurlan Əmrahov “Göbələk patogenləri ilə mübarizə strategiyası kimi bitki immun reaksiyasını gücləndirən yeni fitohormon törəmələrinin və elisitorların aşkar edilməsi və tədqiqi” və “Mikroblara qarşı yeni növ maddələrin alınması” mövzularında BDU və HUJI-nin hazırda birgə həyata keçirdiyi tədqiqat layihələrinin cari vəziyyəti barədə təqdimatla çıxış ediblər.

            Xatırladaq ki, BDU və HUJI arasında “Biotexnologiya” ixtisaslaşması üzrə həyata keçirilən ikili diplom proqramı 2023-cü ilin sentyabrından başlayıb. Proqramın ilk 10 tələbəsi bu il məzun olmağa hazırlaşır. Qeyd edilən magistr proqramı “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə 2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilir.

            BDU-HUJI ikili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
            BDU-HUJI ikili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
            BDU-HUJI ikili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025