BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

Bakı Dövlət Universitetində (BDU) əməkdaşların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, gündəlik iş proseslərində rəqəmsal alətlərdən səmərəli istifadənin təşviqi məqsədilə “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək.
BDU-nun Rəqəmsallaşma və informasiya təhlükəsizliyi şöbəsinin müdiri Şəbnəm Məmmədova tərəfindən təşkil olunacaq təlim zamanı rəqəmsal sənəd dövriyyəsi sistemlərindən səmərəli istifadə, rəsmi elektron yazışmaların aparılması, rəqəmsal etika, müasir kommunikasiya vasitələrindən düzgün istifadə, eləcə də rəqəmsal iş mühitində operativ və dəqiq məlumat mübadiləsinin təşkili ilə bağlı məsələlərə toxunulacaq.
Praktiki formatda keçiriləcək təlimdə iştirakçılar gündəlik iş proseslərinin daha çevik, səmərəli və keyfiyyətli təşkili üçün zəruri rəqəmsal bacarıqlar əldə edəcəklər.
Təlim 12 oktyabr 2026-cı il tarixində saat 12:00-da “Azerbaijan International Mining Company”nin xüsusi auditoriyasında keçiriləcək.
İştirak etmək istəyən əməkdaşlar aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: