BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU əməkdaşının meşələrdə biokütlə və karbontutma potensialının hesablaması üzrə tədqiqatlarından tədris prosesində istifadə oluna bilər

            BDU əməkdaşının meşələrdə biokütlə və karbontutma potensialının hesablaması üzrə tədqiqatlarından tədris prosesində istifadə oluna bilər

            TƏDRİS 6 Fevral 2025 11:08

            BDU əməkdaşının meşələrdə biokütlə və karbontutma potensialının hesablaması üzrə tədqiqatlarından tədris prosesində istifadə oluna bilər

            Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Yusif Abiyev və  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Türkiyə, Asiya və Qafqaz üzrə Regional Nümayəndəliyinin meşəçilik üzrə eksperti Cuma Uykunun həmmüəllifiyi ilə “Azərbaycan meşələrində biokütlə və karbontutma potensialının hesablaması metodologiyası” adlı kitabça nəşr olunub.

            Kitabça Regional İnkişaf İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsinin “Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi çərçivəsində hazırlanıb.

            Tədqiqatların aparılması və kitabçanın hazırlanmasında BDU-nun Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin üzvləri Nəzirə Abbasova, Fariz Həsənalıyev, Aydan Vəliyeva fəal iştirak ediblər.

            Kitabça Tuqay meşələrinin biomüxtəliflik və ekosistem xidmətləri baxımından əhəmiyyətini ön plana çəkərək, onların karbon saxlama potensialını qiymətləndirən sistemli metodologiyanı təqdim edir. Kitabçada meşə biokütləsinin və karbon ehtiyatlarının hesablanması üçün beynəlxalq standartlara uyğun yanaşmalar, o cümlədən yerüstü və yeraltı biokütlə, ölü odun və torpaq üzvi karbonunun qiymətləndirilməsi, allometrik tənliklərin yaradılması metodikası izah olunub. Kitabçadan ətraf mühit, meşəçilik, biologiya üzrə çalışan mütəxəssislər, həmçinin tədqiqat aparan magistrant və doktorantlar istifadə edə bilərlər.

            Layihə çərçivəsində Kür çayı boyunca yayılmış Tuqay meşələri, xüsusilə Qarayazı Dövlət Təbiət Qoruğunun karbontutma potensialı öyrənilib, kitabçada öz əksini tapıb. Samur-Yalama Milli Parkının meşələrində aparılan karbon ehtiyatlarının qiymətləndirilməsi nəticəsində ilk dəfə olaraq düzən meşələrinin karbontutma potensialı üçün “Azərkosmos”un peyk görüntülərini analiz etməyə imkan verən spesifik allometrik tənlik təklif edilib.

            Qeyd edək ki, layihə çərçivəsində ötən ilin noyabr ayında BDU-da müvafiq təşkilatların mütəxəssisləri, müəllimləri və tələbələri üçün metodologiya üzrə xüsusi təlimlər keçirilib.

            https://riib.az/site/news/733-tuqay-meselerinin-karbontutma-potensialinin-qiymetlendirilmesi-mese-ekosisteminin-berpasi-layihesi-cercivesinde-telim-teskil-olunub-

            BDU əməkdaşının meşələrdə biokütlə və karbontutma potensialının hesablaması üzrə tədqiqatlarından tədris prosesində istifadə oluna bilər
            BDU əməkdaşının meşələrdə biokütlə və karbontutma potensialının hesablaması üzrə tədqiqatlarından tədris prosesində istifadə oluna bilər
            TƏDRİS ELM

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025