BDU Elmi Şurasının növbəti iclası

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.
Rektor Elçin Babayev gündəlikdə olan məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
İclasda 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri və yaz semestrinin təşkili müzakirə olunub.
Qeyd olunub ki, qış imtahan sessiyasında ümumilikdə 23 mindən artıq təhsilalan iştirak edib. Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Sessiyada müvəffəqiyyət göstəricisi bakalavriat səviyyəsində 79, magistraturada 95, SABAH qruplarında 94 faiz olub.
Qış imtahan sessiyasının nəticələri Elmi Şura üzvləri tərəfindən məqbul hesab edilib.
İclasda Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun 2025-ci il üzrə hesabatı dinlənilib.
Daha sonra cari məsələlərə baxılıb.