BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Zəfər ovqatlı Məzun günü - Reportaj

            BDU-da Zəfər ovqatlı Məzun günü - Reportaj

            2 İyul 2021 12:27

            BDU-da Zəfər ovqatlı Məzun günü - Reportaj

            Yaşı bir əsri adlayan qocaman Bakı Dövlət Universitetinin bir parçası olmaq nə qədər qürurvericidirsə, bu auditoriyalarda, dəhlizlərdə dolaşarkən qədəmlərimiz dəyən yerlərdə vaxtilə elə universitetimiz qədər nəhəng alimlərin, görkəmli şəxsiyyətlərin addımladığını düşünmək bir o qədər fəxarət hissi yaşadır.

            Bakı Dövlət Universiteti keşməkeşli tariximizin alınmaz qalasıdır, Azərbaycanın dözümlülük simvoludur. Necə ki, xalqımızın milli hesiyyətini, azadlıq arzusunu heç bir qüvvə məhv edə bilmədi, eynilə Bakı Dövlət Universiteti də ziddiyyətli dövrün girdabından çıxmağı bacardı, şübhəsiz, 102 yaşlı universitetimiz bu gün də gələcəyin görkəmli şəxsiyyətlərini yetişdirir. Yəqin ki, onillər sonra gələcək nəsillər həmin isimlərlə fəxr edəcək.

            Ötən günlərin birində universitetdən zəng gəldi: "Builki Məzun günündə aparıcı ola bilərsənmi?" Sözün düzü, tərəddüd içində idim. Baxmayaraq ki, ilk deyildi, yenə də ağır məsuliyyəti dərk edirdim. Tərəddüdümü bir anlıq kənara qoyub ürəklə "bəli" dedim. Uzun müddətdir ki, pandemiya səbəbindən, doğma universitetimizdən uzaq düşmüşdük. Ona görə də, fasilədən sonra təhsil ocağımıza qayıtmaq sevindirici idi. Məndən başqa üç aparıcı da çıxış edəcəkdi. Texniki işçilərdən tutmuş rektorantlığa qədər hamı Məzun gününə xüsusi dinamika ilə hazırlaşırdı, ən xırda detallara belə xüsusi diqqət yetirilirdi.

            O möhtəşəm gün gəlib çatmışdı. 2021-ci il iyunun 29-da Bakı Dövlət Universitetində yaddaşlara yazılacaq Məzun günü keçirildi. Bu, həm də ona görə əlamətdar idi ki, koronavirus səbəbindən bəzi məhdudiyyətlər mövcud idi, həmin məhdudiyyətlərə baxmayaraq, əskiksiz tədbir ərsəyə gətirmək heç də asan deyildi.

            Cəmşid Naxçıvanski adına Hərbi Liseyin orkestrının ifasında Dövlət Himni sədaları altında üçrəngli Bayrağımız, eləcə də Bakı Dövlət Universitetinin bayrağı səmaya ucaldılırdı. Bu anı həyəcansız yaşamaq mümkün deyildi. Hər birimizin üzündə təbəssüm pöhrələnmişdi. 102 illik universitet tarixinin belə əlamətdar gününün proqramında hansısa missiyanı yerinə yetirmək bu pöhrələrin səbəbkarı idi.

            İlk çıxış üçün söz Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə verildi. Elçin müəllim öz arzuları ilə məzunları gələcəyə qanadlandırdı. Elçin Babayev rektor təyin olunan gündən etibarən tələbələrlə olduqca səmimi davranır, onların qayğısına qalır, mütəmadi qayğıları ilə maraqlanır. Məhz rektor kimi onu tələbə kontingentinə sevdirən də elə bu amildir. Tədbir boyu "hər şey əladır, narahat olmayın" sözlərini ifadə edən baxışları ilə çıxışçılara və xüsusən, aparıcılara ürək-dirək verirdi.

            Tədbir boyunca Azərbaycan Respublikası təhsil nazirinin birinci müavini Firudin Qurbanov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkili, akademik Nizami Cəfərov, millət vəkili Elnur Allahverdiyev bir-birindən maraqlı fikirlər söyləyərək builki məzunlara təbriklərini ünvanladılar. Bakı Dövlət Universitetinin gənc müəllimi, geoloq Ələkbər Mirzəyev uğurlu həyat üçün lazımi amillər barədə məzunlara tövsiyələr verdi.

            Bakı Dövlət Universitetinin Mədəniyyət-yaradıcılıq mərkəzi tədbirə xüsusi rəng qatdı. Mərkəzin rəqs və xor kollektivi, musiqi ansamblı, təşkil edilən lotoreya oyunu tamaşaçılar tərəfindən olduqca maraqla qarşılandı. Xüsusən, ansamblın solisti Rəqsanə Əsədovanın ifasında səslənən "Qarabağ şikəstəsi" əksər insanları kövrək notlara kökləmişdi. Qarabağın adı keçən bu şikəstə uzun illərdən sonra ilk dəfə idi ki, Bakı Dövlət Universitetinin səhnəsində bu cür qürurla səslənirdi. Çünki bu Məzun günü parlaq Zəfərimizdən sonra Bakı Dövlət Universitetində keçirilən ilk təntənəli tədbir idi. "Qarabağ şikəstəsi" ifa olunanda insanların üzündəki qürur dolu kövrəkliyi sezmək mümkün olurdu. "Qarabağ şikəstəsi" bu dəfə Bakı Dövlət Universitetinin səhnəsində bir başqa tərzdə tüğyan edirdi...

            Məzun günündə universitetimizin şəhid tələbələri də yad edildi. Lalə Hüseynzadənin qum kompozisiyasını hər kəs həssaslıqla izlədi. Kompozisiyada məzun papağını göyə atan tələbə təsvir olunur. Ani olaraq papaq silahla, məzun geyimi isə hərbi geyimlə əvəz olunur. Bu il məzun olacaq 18 tələbə II Qarabağ savaşında qəhrəmanlıqla şəhid oldu. Eyni zamanda, qazi məzunlar da xüsusi şövqlə təqdim edildi. Sözün hər iki mənasında, günümüzün qəhrəmanları məhz onlar idilər. Bakı Dövlət Universitetinin Zəfər ruhlu təntənəsi onların şücaətinin nəticəsi idi.

            Tədbirin musiqili qonaqları öz ifaları ilə daha şən əhval-ruhiyyə yaratdılar. Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artistlər - Samir Cəfərov, Nuriyyə Hüseynova, müğənnilər - Çilənay Hüseynova, Arzu Məmmədova bayram ab-havasını daha da pozitiv notlara köklədilər. Bakı Dövlət Universitetində hər zaman müxtəlif istedad sahibləri cəmləşib. Onlar universitetin mədəni həyatında aktiv iştirak ediblər. Universitetimizin tələbələri Səbinə Cəfərova və Fəxriyyə Kazımova öz ifaları ilə məzunları təbrik etdilər.

            Bakalavriat və magistratura pillələri üzrə ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə məzun olan tələbələrə müxtəlif hədiyyələr təqdim edildi. Sonda Bakı Dövlət Universitetinin himni səsləndirildi. Ənənəvi olaraq, göyərçinlər uçuruldu, şarlar havaya buraxıldı və papaqatma mərasimi baş tutdu.

            Məzunların sevinci yerə-göyə sığmırdı. Tədbirdən sonra kimi şəkil çəkdirirdi, kimi rəqs edirdi, kimi kövrək anlar yaşayırdı... Bakı Dövlət Universitetində bundan da gözəl neçə-neçə təntənəli tədbir təşkil olunacaq, minlərlə məzun bu sevinci yaşayacaq. Hər şeyə görə minnətdarıq, əsrin universiteti!

            https://525.az/news/171045-bdu-da-zefer-ovqatli-mezun-gunu

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025