BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” kitabının təqdimatı

            BDU-da “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” kitabının təqdimatı

            17 May 2022 18:26

            BDU-da “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” kitabının təqdimatı

            Bakı Dövlət Universitetində (BDU) Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” kitabının təqdimatı keçirilib.

            Təqdimat mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycan xalqının Ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin qurulmasına və inkişafına həsr etmiş dahi liderin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Dövlət müstəqilliyi uğrunda şərəfli mübarizədə müstəsna rolu olan Ümummilli lider Heydər Əliyev ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində silinməz iz buraxıb, gələcək nəsillər üçün böyük məktəb yaradıb.

            Rektor vurğulayıb ki, Ümummilli lider Heydər Əliyev haqqında saysız-hesabsız əsərlər yazılıb, cild-cild kitablar nəşr olunub: “Heydər Əliyev irsi elə bir xəzinədir ki, onu öyrənib, tədqiq edib başa çatdırmaq mümkün deyil. Bu irs bundan sonra da daim araşdırılacaq, tədqiq ediləcək, yeni-yeni nəsillərin tədqiqat obyekti olacaq.

            Ulu öndər haqqında nəşr olunan kitabların hər birinin diqqətçəkən olduğunu vurğulayan Elçin Babayev bildirib ki, bunların arasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun müəllifi olduğu “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” adlı monoqrafiyası xüsusi önəm daşıyır. Dörd fəsildən ibarət monoqrafiyada Ulu öndərin siyasətinin fəlsəfi mahiyyəti, iqtisadi, siyasi, mədəni quruculuq və milli ideologiyanın formalaşması sahəsində misilsiz xidmətləri ətraflı təhlil olunur, həmçinin dahi liderin  layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti, birinci xanım Mehriban Əliyevanın ölkəmizin Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti kimi xoşməramlı missiyasından bəhs olunur. Monoqrafiya Ümummilli liderin zəngin irsinin öyrənilməsi istiqamətində əhəmiyyətli rol oynayacaq, həm müəllimlərin, həm də tələbələrin faydalanacağı tədqiqat əsərinə çevriləcək.

            Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov kitabın təqdimatına şərait yaradıldığına görə BDU rəhbərliyinə təşəkkür edib və tədqiqat əsərinin yazılma zərurətindən danışıb. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyev fenomeni nəinki Azərbaycanda, bütün dünyada özünə layiqli yer tutub. Azərbaycanın indiki uğurlarının təməlində məhz Ulu öndər Heydər Əliyevin dövlətçilik və azərbaycançılıq ideologiyası dayanır. Bu ideologiya xalqın rifahına, milli kimlik şüurunun oyanmasına xidmət edir. Heydər Əliyev şəxsiyyətinin öyrənilməsi ilə Azərbaycanın dövlət olaraq necə yüksək inkişaf yolu keçdiyini bilmək olur.

            Milli Məclisin deputatları Musa Qasımlı, Fazil Mustafa, Hikmət Babaoğlu, Kamilə Əliyeva, YAP-ın Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Binəqədi rayon təşkilatının sədri Vüsal İsmayılov, Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyatxan Əliyev çıxışlarında Ulu öndər Heydər Əliyevin milli ideologiyanın formalaşması, dövlət idarəçiliyi, iqtisadi, mədəni quruculuq, Azərbaycan dilinin qorunması sahəsində yorulmaz fəaliyyəti,  elm və təhsilə qayğısı ilə bağlı fikirlərini bölüşüb, kitabın böyük elmi, siyasi və mənəvi dəyərə malik olduğunu bildiriblər.

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025