BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Xurşidbanu Natəvana həsr olunmuş elmi seminar

            BDU-da Xurşidbanu Natəvana həsr olunmuş elmi seminar

            29 Mart 2022 09:22

            BDU-da Xurşidbanu Natəvana həsr olunmuş elmi seminar

            Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə 27 mart – Azərbaycanda “Elm günü” ilə bağlı silsilə tədbirlər çərçivəsində “Xurşidbanu Natəvanın əsərlərinin nəşr tarixi" mövzusunda elmi seminar keçirilib.
            Elmi seminarda Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi Gülnigar Fərəcova mövzu ilə bağlı məruzə edib.
            Gənc tədqiqatçı əvvəlcə “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 mart 2022-ci il tarixli sərəncamını diqqətə çatdırıb. Bildirib ki, sərəncamda görkəmli şəxsiyyətin irsinə yüksək dəyər verilib, onun ədəbiyyat tariximizdəki yeri və ictimai həyatdakı xidmətləri xüsusi vurğulanıb. Sənəddə qeyd olunur ki, 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılıb. Ermənistan silahlı qüvvələri 1992-ci ildə Şuşanı işğal edərkən buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdıb, Natəvanın büstünü də güllə ilə zədələyiblər. Şuşa şəhəri 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra həmin büst əzəli məkanına qaytarılıb.  
            Gülnigar Fərəcova məruzəsində Xurşidbanu Natəvanın əsərlərinin nəşr tarixinə nəzər salıb. Bildirib ki, ədibin “Şeirlər” adlı kitabı 1938-ci ildə Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən Məmməd Rahimin redaktorluğu ilə çap edilib. Kitab Xan qızının bioqrafiyası ilə başlanır, daha sonra isə ədibin qəzəlləri təqdim olunur. Sonrakı illərdə Xurşidbanu Natəvanın əsərləri müxtəlif nəşriyyatlar tərəfindən dəfələrlə çap olunub. Müstəqillik illərində ədibin əsərlərinin yenidən nəşrinə diqqətin artdığını bildirən məruzəçi  Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən, 2004-cü ildə görkəmli ədibin “Xurşidbanu Natəvan. Əsərləri” kitabının "Lider" nəşriyyatı tərəfindən yüksək poliqrafik səviyyədə və kütləvi tirajla nəşrini xüsusi vurğulayıb.
            Məruzəçi Xurşidbanu Natəvanın kitabları ilə yanaşı, ona həsr olunmuş kitablar, o cümlədən “Natəvan haqqında hekayələr”, “Azərbaycan yazıçılarının həyatından dəqiqələr”, “Natəvanın şair qohumları” və digər nəşrlər haqqında məlumat verib. Tədqiqatda haqqında bəhs edilən kitabların hər biri bədii tərtibat və redaktə xüsusiyyətləri baxımından şərh olunub, müəyyən ümumiləşdirmələr aparılıb, təkliflər irəli sürülüb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə əsərləri dövlət varidatı elan edilən müəlliflər siyahısında Xurşidbanu Natəvanın da yer aldığı diqqətə çatdırılıb, yubiley ilində ədibin irsinə marağın daha da artacağı, əsərlərinin təkrar nəşrlərinin həyata keçiriləcəyi vurğulanıb.  
            Elmi seminar diskussiyalarla davam etdirilib.

            BDU-da Xurşidbanu Natəvana həsr olunmuş elmi seminar

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025